İŞİD öz terrorçularını Suriyanı tərk etməyə hazırlayır
Posted on : Digər sahələr 07/05/2018
İŞİD terror təşkilatı öz tərəfdarlarını Suriyanı tezliklə tərk etməyə hazırlayır.
FaktXeber.com-un məlumatına görə, bu barədə Der Spiegel xəbər verib.
Alman təhlükəsizlik orqanları internetdə məhz İŞİD üçün döyüşən xaricilər üçün yaradılmış səhifəni müəyyən dedib. İŞİD bəyan edib ki, bu səhifə məhz «köçmək məcburiyyətində qalanlar» üçün açılıb.
Onlara müxtəlif dillərdə, o cümlədən alman dilində xəbərdarlıq edir ki, saxta sənədlərdən istifadə etməsinlər. Bunun yerinə onlara başqalarına məxsus olan əsl pasportdan istifadə edə və Avropaya sənədsiz gələ bilərlər.
Onlara həmçinin tanımadıqları insanlarla İŞİD barədə danışmaqdan çəkinmək tövsiyə olunub.
Alman Təhlükəsizlik Qüvvələri hesab edir ki, İŞİD tərəfdarları Suriyadakı real vəziyyəti kritik kimi qiymətləndiririrlər. Onların məlumatına görə, ölkəni tərk edən terrorçuların sayı artıb.