header

 İranda nüfuzlu sünni din xadimi vəhhabi silahlılar tərəfindən öldürülüb

Mövləvi Əbdüşşəkur Tərşabi səhər saatlarında vəhhabi silahlılar tərəfindən sui-qəsdə məruz qalıb.

İranın cənub-şərqində yerləşən Sistan-Beluçistan əyalətinə bağlı Xaş şəhərinin sünni din xadimi olan Mövləvi Əbdüşşəkur Tərşabi silahlı hücum nəticəsində həyatını itirib. FaktXəbər bildirir ki, bu barədə "İRNA"ya Xaş şəhər meriyasının müavini Məhəmməd Əhmədi Bolaq məlumat verib.

Məlumata görə, Mövləvi Əbdüşşəkur Tərşabi səhər saatlarında vəhhabi silahlılar tərəfindən sui-qəsdə məruz qalıb.

"Din aliminin öldürülməsinə görə əhali böyük üzüntü keçirir. Mövləvi Əbdüşşəkur Tərşabi akademik və elmi sahədə görkəmli şəxslərdən idi. O, bölgədə İslami birlik və bütövlüyün müdafiəçisi idi",-deyə Məhəmməd Əhmədi Bolaq əlavə edib. 

Qeyd edək ki, nüfuzlu din alimi Xaş şəhərinin Tohidiyyə məscidində hücuma məruz qalıb. O, şəhərin sabiq imamcüməsi Mövləvi Əbdüssəttar Tərşabinin övladı idi.

Tərşabinin cənazəsi eyni əyalətə bağlı Zahidan şəhərinin imamcüməsi Əbdülhəmid İsmailzehi və digər rəsmilərin iştirakı ilə Xaş şəhərində torpağa tapşırılacaq.

Mövləvi Əbdüşşəkur Tərşabi səhər saatlarında vəhhabi silahlılar tərəfindən sui-qəsdə məruz qalıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap