header

 Türk mediası: Azərbaycandakı hadisələrin arxasında FETÖ və CİA durur

Bu hadisələrdən sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd həyata keçirildi.

Bir neçə gündür Azərbaycanda arzuolunmaz durumlar yaşanır. İlk öncə iyun ayının 2-dən 3-nə keçən gecə qəfildən bütün ölkə ərazisində elektrik enrjisinin kəsintisi qeydə alındı. Təxminən 12 saata yaxın elektrik enerjisinin bərpa edilməsində problemlər yaşandı. Daha sonra isə iyunun 3-də 18.00 radələrində hadisə yenidən təkrarlandı. Baxmayaraq ki, "Azərenerji" problemin həll edildiyini açıqlamışdı.

Bu hadisələrdən sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd həyata keçirildi.

FaktXəbər-in məlumatına görə, baş verən hadisələr Türkiyə mediasının da diqqətindən kənarda qalmayıb. AK Partiyaya yaxınlığı ilə tanınan "Yeni Akit" qəzeti hadisələrə bir qədər fərqli baxış sərgiləyib.

Qəzet yazır ki, TANAP-da işlər başa çatdıqdan və Türkiyəyə qaz nəqlininin başlamasından sonra Azərbaycana qarşı bir əməliyyat keçirilib: "Əməliyyatın arxasındakı güclərin FETÖ və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) olduğu iddia edildiyi vaxtda, son bir neçə gündə ölkənin məşhur valisinə qarşı sui-qəsd həyata keçirilib, elektrik stansiyasında partlayışla ölkə qaranlığa qərq olub, sular kəsilib, metrolar dayanıb. Bu arada isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk rəsmi xarici səfərini də Azərbaycana edəcək..."

"Yeni Akit" daha sonra hadisələrin baş verməsi və nəticələri ilə bağlı məqaləsini təqdim edib.

Bu hadisələrdən sonra isə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd həyata keçirildi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap