header

 Bakı, anti-İran millətçilikdən Pəhləvi qalıqları ilə qol-boyun olmağa kimi

Azərbaycan respublikası ən yeni anti-İran təşəbbüs simvolu olaraq keçmiş şahlıq üsul-idarəsinin qalıqlarından birini Uaşinqtondakı səfirliyinin rəsmi mərasiminə dəvət etmişdir.

Tashaio.com_Azərbaycan respublikası ən yeni anti-İran təşəbbüs simvolu olaraq hələ də İranın tac-taxt sovdasında olan Rza Pəhləvini 1918-ci ildə təşkil edilən Azərbaycan demokratik cümhuriyyətinin yüzilliyi və Azərbaycan respublikası silahlı qüvvələrinin yaradılmasının ildönümü münasibətilə Uaşinqtonda keçirilən rəsmi mərasimə dəvət etmişdir. Tehran düzgün olmayan bir ənənəyə əsasən Bakının anti İran təşəbbüsünə göz yumub etiraz etmədi. Tehran bu dəfə də Bakının şeytanlığına göz yumsa da bəzi incəlikləri xatırlatmaq yerinə düşərdi:

Bakının bu işi dəvət etdiyi qonağın kiçik olduğuna görə əhəmiyyətsiz hesab edilməməlidir................. Əslində Bakının bu işi düşünülmüş plan əsasındadır. Hətta bu ölkənin Uaşinqtondakı səfri Elin Süleymanovun şəxsi qərəzindən irəli gəlmir. Nəzərə almalıyıq ki, Elin Süleymanov Azərbaycan respublikasının Uaşinqtondakı səfiri olmaqdansa ABŞ-dakı sionist təşkilatları və sionist rejimin nökərlərinin amilidir. Bunu başa düşmək üçün Uaşinqtondakı səfirliyin rəsmi mərasimlərə dəvət etdiyi qonaqların siyahısına diqqət yetirək və görək ki, Elin Süleymanov Azərbaycan respublikasının səfiridir yoxsa sionist rejiminin və ABŞ sionist-yəhudi təşkilatlarının padosudur: bu dırnaqarası səfirin bütün fikri Amerika sionist –yəhudi təşkilatları rəhbərlərinin, o cümlədən “İpək”, “Simon vizental”, “Sinay məbədi”, “etnik anlaşma fondu” və s. rəhbərlərinin Azərbaycan respublikasına təkrar səfərlərini təşkil etmək və necə deyərlər “multikulturalizm və tolerant” təfəkkürünü tərvic etməyə dair göstəriş almaq, əslində isə yəhudiçilik siyasəti istiqamətində hərəkət etmək və Azərbaycan respublikasının əhalisini İran və şiə kimliyindən uzaqlaşdırmaqdır. Demək şübhə yoxdur ki, Rza Pəhləvi kimi ünsürlərin bu ölkənin Uaşınqtondakı rəsmi mərasimə dəvəti boş yerə deyil, İranla düşmənçiliyi nümayiş etdirmək və sionistlərin Uaşinqton səfirliyinə verdiyi birbaşa əmrilə baş vermişdir. Məhz buna görədir ki, Tehran da öz növbəsində Azərbaycan respublikası səfirliyinin Amerakadakı hərəkətinə layiqli etiraz etməli idi. Öz sükutu ilə Bakıya bildirməməli idi ki, sionist və anti-İran hərəkətlərini istədiyi qədər davam etdirə bilər.

Özünü Azərbaycan demokratik respublikasının varisi hesab edən və ötəri bir dövtə əsaslanara ömrünü yüz ilə çatdıran Bakı Rza Pəhləvini dəvət etməklə sionist müşavirlərin göstərişinə əsasən İran islam respublikasının düşmənlərini dəstəkləmək səviyyəsinə çatdığını aşılamaq istəyir. Keçmişdə anti-İran separatçıları və cirə yeyən pantürkistləri dəstəkləmək üçün vəsait xərcləyir, bu ölkədə münafiq terror birləşməsi ünsürlərinə sığnacaq verir, bu və digər yollarla anti-İran ünsürləri himayəsini gizlətməyə çalışırdısa, artıq Rza Pəhləvini rəsmi mərasimə dəvət etməklə bu himayəsini aşkar etmiş, ABŞ və sionist rejiminə hər hansı anti- İran Trampist hərəkətdə iştirak edəcəyinə dair mesaj verir. Bakı bu yolla bildirmək istəyir ki, İrana zərbə vurmaq üçün Məhəmmədrza Pəhləvi rejiminin qalıqları ilə iş birliyində olmağa hazırdır. O bilmir ki bu təşəbbüsü ilə dərsliklərindəki mövzulara da göz yumur. Azərbaycan respublikasının dərs kitablarında, Cəfər Pişəvəriyə aid demokrat firqəsi qailəsi hissələrində İranın o vaxtkı dövləti 21 Azər 1325-də bu qailəni aradan qaldırdığına görə təhqir edilmişdir. Həmin mövzu ilə əlaqədar şum Pəhləvi rejimi söyüş obyekti olmuşdur. Bakının hazırkı rəhbərləri hamıdan yaxşı bilirlər ki, SSRİ-nin parçalanması və indiki Azərbaycan respublikasının istiqlaliyyəti 15 il qabaq və İranda Pəhləvi hakimiyyəti dövründə baş verseydi bu hakimiyyət Azərbaycan respublikasını tanımayacaqdı. Bəs niyə bakı tarix və Pəhləvi rejiminin keçmişi haqqındakı subyektiv fikirlərini buraxır və İrana diş qırcıtmaq üçün Rza Pəhləvi, millətçi və separatçı və münafiqlərin İrana zidd ünsürlərini olkədən kənar keçirdikləri dirnaqarası Azərbaycan xalq cümhuriyyətinin yüz illi münasibəti ilə fəxri qonaq kimi dəvət edir? Belə deyyilmi ki, İran rəsmilərinin son illərdə Bakı qarşısındakı ifratçı tolerantlığı bakılıların İrana qarşı bu kimi çıxışlarına zəmin yaratmışdır? Neçə gün bundan qabaq prezident administrasiyasının sözçüsü Əli Həsənovun qeyri-rəsmi qəzeti “yeni müsavat” aydıncasına yazmışdı ki “Bakının İrana hörmət qoyması zamanı artıq sovuşmuşdur!”.

Nəzərinizə çatdırmalıyıq ki, Bakının düşünülmüş şəkildə və nümayişvarı icra etdiyi İrana zidd təşəbbüsləri deyilən məqamlarla bitmir. Maraqlıdır ki, son vaxtlar yazıçılar birliyi, Bakı subyektiv fikir istehsalçılarından biri millətçi və İran düşməni separatçılarından birinin “cənubi Azərbaycana salam” (Azərbaycan respublikasında saxtalaşdırılmış İran azərilərinin adı) yubiley mərasii keçirmişdir. Bu mərasim Nefçala şəhərində yazıçılar birliyinin və və Nefçala icra hakimiyyəti başçısının birgə təşkilaçılığı ilə separatçı Sayman Aruzun ədəbi yaradıcılığına həsr edilmişdi. Qeyd edək ki, Sayman Aruz yazıçılar birliyi cənub şöbəsinin rəisidir. Mərasimdə yazıçılar birliyinin üzvü və mərasimin aparıcısı Ruhəngiz Əşrəf qızı İrana zidd saxtalanma olan mövzuları irəli sürərək Sayman Aruzun “yüz il inqilab” adlı romanı haqqında demişdir: “romanın əsas qəhrəmanı olan Seyyid Təbriz həbsxanasında uşaqlıq sevgilisi Raziyə ilə qarşılaşır. “Raziyyə cənubi Azərbaycanın milli hərəkatı mübarizlərindən biridir. Seyyid həbsxana məmuru olduğuna görə Raziyənin işkəncə işini ona tapşırırlar. Seyyid Raziyə ilə görüşdükdən sonra uşaqlq sevgisi qövr edir. Din hakimiyyətinin yalanları nəticəsində Seyyidin daşlaşmış ürəyi Raziyəni görməklə yumşalır. Rejimin istəyi və din qayda qanunlarına tabe olmur. Öz ürəyinin əmrinə itaət edir və Raziyəni seçməklə milli azadlıq uğrunda mübarizə aparan!! İnsanlar sırasına keçmək qərarına gəlir”. Maraqlıdır ki, Bakı yazıçılar birliyi anti-İran mərasimini Azərbaycanın cənubunda yerləşən Nefçala şəhərində keçirir. Qeyd edək ki, İran islam respublikası prezident seçkisində İlham Əliyevin təbliğat şəkillərinin obyekti olan maşın qayırma zavodunu yaratmışdı və İlham Əliyev “İran xodro”nun xidmətini mükəmməlləşdirmək üçün buraxılan maşına Xəzər adını verdi. Bu ad yəhudi etnik addır ki, nahaq yerə İranın şimal dənizinə verilmişdir və öz səhlənkarlığımızın nəticəsidir!

Bakının həmin dövrə aid şeytənətlərindən biri də anti-İran “günaztivi” kanalının rəisi Əhməd Obalının Bakıya səfəridir. İrana qarşı separatçılıq və nifrət yayımlayan kanalının rəisinin Bakıya səfərində saxtalardan ibarət məcmuə olan “Urmu” (pantürkistlərin Urmiyaya qoyduğu saxta ad) kitabının təqdimatı oldu. Bu ünsür bir tedad Bakı mediya başçıları ilə iclas keçirdi. “yeni müsavat” internet portalı bu haqda xəbər verdi ki, Əhməd Obalı yeni müsavat mediya qrupunun qonağı oldu və Günaztivi-in Bakı filialının müdiri Araz Obalı ilə birlikdə yeni müsavatın redaksiyasına gəldi və Günaztivi-in formalaşması, azərbaycanlıların Amerikadakı vəziyyəti və digər mövzular haqqında danışdı. O, İranın düşməni olan bu kanalın Bakıda studiosu olmasını və Azərbaycan respublikasında İrana qarşı proqramlar hazırlamasını, məclis nümayəndələri və digər siyasi və partiya rəhbərləri ilə danışıq apardığını xoşhallıqla xatırlatdı. Hımin nifrət yaradan millətçi ünsür Bakı mediyası ilə danışığında İranın azəri ustanlarının radio televiziyasını məsxərə etdi. İranda rayic olan azəri dilini “fazəri” adlandırdı və Bakı şivəsinin İran azəriləri arasında da yayılmasını istədi!

Əlbəttə Bakının İrana qarşı şeytənətləri ilə paralel İran-Azərbaycan arasındakı təhlükəsizlik mövzuları da vardır ki, son illərdə bu haqdakı həssaslıqlar solğunlaşmışdır. Əslində Azərbaycan respublikası sionist rejimin silah anbarına və hərbi qərargahına çevrilmişdir. Siyasi laqeydlik bu böyük təhlükəni İranın diqqətindən yayındırmışdır. Vəziyyəti görən Bakı isə Azərbaycan respublikasının dirnaqarası silahlı qüvvələrinin yaradılmasının ildönümü mərasiminə İranın müdafiə nazirini belə sionist rejimdən aldığı silahlara baxmağa dəvət etdi! Sionist rejimin göstərişi ilə baş verən bu aldatma planı çərçivəsində Bakı mediyası xəbər verdi ki, sionist rejimin müharibə naziri Aviqdor Liberman (Bakı həmişə onu Azərbaycanın dostu deyə xatırladır) 26 İyun paradında müdafiə naziri Əmir Hatəminin iştirak edəcəyi ehtimalına əsasən Bakıya səfərini ləğv etmişdir. Bakı rəsmiləri və mediyası bu məvzunu irəli sürməklə İran rəsmilərini Azərbaycanın məlum ordusunun paradına dəvətini qəti qəbul etməyə stimul vermək istəmişlr.

Təsnim

Azərbaycan respublikası ən yeni anti-İran təşəbbüs simvolu olaraq keçmiş şahlıq üsul-idarəsinin qalıqlarından birini Uaşinqtondakı səfirliyinin rəsmi mərasiminə dəvət etmişdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 04-13-1397
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap