Səudiyyədən Yəməndəki toya qanlı hücum
Posted on : Digər sahələr 07/04/2018
Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiyası Yəməndə növbəti qanlı hücumunu törədib.
Tashaio.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanı rejiminin başçılıq etdiyi koalisiya Yəmənin şimalındakı Səəda əyalətində əməliyyat keçirib.
Koalisiya qırıcıları ötən gün adıçəkilən əyalətin əl-Zəhra şəhərindəki toy mərasimini atəşə tutublar. Nəticədə 8 dinc sakin qətlə yetirilib, 6 nəfər isə yaralanıb.
Səud rejimi qırıcıları həmçinin bazar ertəsi günü Zabid və əl-Təhiti şəhərlərindəki məktəb və restoranı da atəşə tutmuşdu. Nəticədə 3 dinc sakin dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.
Koalisiya qüvvələri çox sayda insanın yığışması səbəbi ilə tez-tez Yəməndəki bayram və yas mərasimlərini hədəfə alırlar. Belə ki, koalisiya qüvvələri aprelin 23-ü əl-Raq kəndindəki toya hücum edərək 33 dinc sakini öldürmüş, 55 nəfəri isə yaralamışdı.