header

 İranın daxili işlər naziri: “Azərbaycanla sərhəddə heç bir problem yoxdur”

“Azərbaycan və İran dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin sərhədlərində heç bir problem yoxdur”.

“Azərbaycan və İran  dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin  sərhədlərində heç bir problem yoxdur”.

Bunu APA-nın Tehran müxbirinə açıqlamasında İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli deyib.

Ə. Rəhmani Fəzli iki ölkənin sərhəd bölgələrində əməkdaşlığın davam etdirilməsindən danışaraq bildirib ki, sərhədlər təhlükəsiz və açıqdır: “Sərhədlərimizdə qanunsuz gediş-gəliş və qaçaqmalçılıq baş vermir”.

Nazir əlavə edib ki, hər iki ölkənin sərhədçiləri arasında davamlı görüşlər keçirilir: “Bu sahədə heç bir narahatlıq yoxdur. Əlbəttə, sərhədlərdə bəzi hadisələr baş verir, lakin qarşısı alınır”.
Ə. Rəhmani Fəzli iyunun 21-də sərhəddə baş vermiş hadisəyə də toxunub: “Sərhəd Qoşunlarına göstəriş vermişəm ki, bu məsələni dəqiq araşdırsınlar və mənə rəsmi hesabat təqdim etsinlər. Məsələnin mahiyyəti bundan sonra müəyyən olunacaq. Hələlik isə görünən odur ki, bu hadisə Azərbaycanın ərazisində baş verib”.

Qeyd edək ki, bundan əvvəl İranın Sərhəd Qoşunlarının komandanı Qasım Rezayi də iyunun 21-də Azərbaycanın Cəlilabad rayonu ərazisində, İranla sərhəddə baş vermiş insident barədə açıqlama verib. Q. Rezayi yerli “Tasnim” xəbər agentliyinə müsahibəsində toqquşmanın müştərək sərhəd nöqtəsində deyil, sərhəddən 2 km aralıda, Azərbaycan Respublikasının daxilində baş verdiyini və bunun İran-Azərbaycan sərhədinə heç bir aidiyyəti olmadığını iddia edib.

Q. Rezayinin açıqlaması ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisədən dərhal sonra ictimaiyyətə dolğun və faktlara əsaslanan məlumat verilib: “Bildiririk ki, 2018-ci ilin 21 iyun tarixində, saat 02:45 radələrində, DSX Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayonunun Bayxanlı kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına cəhd edilib. Hadisədən dərhal sonra DSX rəisi, general-polkovnik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gedib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsinə dair zəruri tapşırıqlar veriblər. Hadisə yeri və oraya baxış keçirilməsini özündə əks etdirən görüntülər də tərəfimizdən yayımlanıb”.

Xatırladaq ki, iyunun 21-də Cəlilabad rayonu ərazisində, İranla sərhəddə sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunub və onların qarşısı alınıb. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozucuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd naryadının başçısı, Balakən rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Kurupov Ramazan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən güllə yaraları alıb. Dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geri qaçıblar. Əsgər R. Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra təcili olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliyyat olunub.

Hadisə ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir.

Fakt üzrə Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb.


“Azərbaycan və İran dövlətləri təhlükəsizliyin təmin edilməsi üçün çalışır. İki ölkənin sərhədlərində heç bir problem yoxdur”.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap