header

 6 aya piyada Kərbəlaya getdilər – FOTO

Hindistanın Heydərabad şəhərindən 8 zəvvar piyada 6 ay müddətinə Kərbəlaya səfər edib.

Maide.Az “hawzahnews”a istinadən xəbər verir ki,  Hindistanın Heydərabad şəhərindən olan Əhli-beyt ardıcılları İmam Hüseyn (ə) eşqinə uzun məsafəni piyada səfər edərək Kərbəla şəhərinə çatıb. 
 
“Biz Heydərabaddan 2300 kilometr yolu piyada Pakistan sərhəddinə kimi getdik, Pakistan sərhəddində bizə keçməyə icazə vermədikləri üçün Mumbai şəhərinə qayıdıb, oradan İrana təyyarə ilə gəldik. İranın Kirman şəhərindən Kərbəlaya kimi olan 1300 kilometrlik məsafəni yenidən piyada səfər etdik”,-deyə 8 nəfərlik qrupun  üzvlərindən olan seyid Saqib Ziya Nəqi bildirib. 
 
O qeyd edib ki, biz səfər zamanı çox çətinliklərlə üzləşdik, lakin İmam Hüseynin (ə) lütfü ilə  bütün çətinliklər bizim üçün asan oldu.  Biz gündə 25-30 kilometr yol gedirdik. 
Hindistanın Heydərabad şəhərindən 8 zəvvar piyada 6 ay müddətinə Kərbəlaya səfər edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-03-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap