header

 Ayətullah Xamenei: “ABŞ-ın İrana və İran xalqının ABŞ-a qarşı düşmənçiliyi günü-gündən artır”

“Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır”

“Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır”.

, bunu Ayətullah Xamenei bu gün İmam Hüseyn adına Hərbi Akademiyanın buraxılış mərasimində çıxışında  deyib

Ayətullah Xamenei  bildirib ki, İran xalqının gücünün ən böyük sübutu ABŞ-ın bütün çalışmalarına baxmayaraq ölkənin inkişafıdır: “Əgər xalq  güclü olmasaydı, düşmənin bu çalışmasının onda biri bu sevimli sistemi xalqın əlindən almaq üçün kifayət edərdi.

ABŞ-ın regionda koalisiyalar yaratmasını İranın güclü olmasının digər bir sübutu olduğunu vurğulayan Ayətullah Xamenei  bildirib ki,  əgər ABŞ  İslami sistemə qələbə çalmaq gücündə olsaydı, İranda iğtişaş və gərginliklər yaratmaq üçün  region ölkələri ilə  koalisiya qurmağa ehtiyac duymazdı.

Ayətullah Xamenei bildirb ki, ABŞ-ın İrana və İran xalqının  ABŞ-a qarşı düşmənçiliyi günü-gündən artır: “Bu gün düşmən digər planlarının uğurundan naümid olduğu üçün  sistem və xalq arasında ayrılıq yaratmaq planını işə salıb. İqtisadi təzyiqlər bu məqsədlə artırılıb.  Lakin axmaqlıq edirlər, bilmirlər ki,  sistem elə İran xalqının özüdür. ABŞ-ın bundan öncəki  6 prezidenti də  çalışıdı və şeytancasına məqsədlərinə çatmayıb meydandan uzaqlaşdılar”.

Ayətullah Xamenei bildirib ki, hazırkı iqtisadi təzyiqlərin məqsədi  xalqı bezdirmək və yormaqdır: “Lakin ilahi güc və qüvvəyə sığınaraq xalq və sistem arasında  bağlar daha da möhkəmlənəcək, düşmənləri məyus edən birlik qorunacaq”.

“Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-02-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap