header

 Ayətullah Xamenei: `ABŞ və müttəfiqləri axmaqdır, başa düşmürlər ki...`

Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır

Düşmənin planı  sistem və xalq arasında ayrılıq yaratmaqdır. 
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Xamenei bu gün İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın buraxılış mərasimində çıxışında deyib. 
Milli iqtidarın (gücün)  ölkənin pullarını digər dövlətlərə verib silah almağı axmaqlıq adlandıran Ayətullah Xamenei  bildirib ki, bu sadəcə zillətdir. “Milli  güc  bu deyil ki, dünyanın o başından bir ölkə gəlib  digərini “dəstəkləmək” üçün hərbi baza yaratsın və ailə gücünü qorumaq üçün xalqın qanını icsin. Güc və iqtidar xalqın qəlbindən coşmalıdır”. 
 
ABŞ-ın İrana qarşı istifadə etdiyi bütün mənfur planlara baxmayaraq ölkənin günü-gündən inkişaf etdiyinə diqqət çəkən Ali Rəhbər qeyd edib ki, onların məğlubiyyətinin səbəbi mövcud sistemin xalq tərəfindən dəstəklənməsidir. “Əgər xalq  güclü olmasaydı düşmənin bu çalışmasının onda biri bu İslam sistemini xalqın əlindən almaq üçün kifayət edərdi.” 
 
ABŞ-ın regionda koalisiyalar yaratmasını İranın güclü olmasının digər bir sübutu olduğunu vurğulayan Ayətullah Xamenei  bildirib ki,  əgər ABŞ təkbaşına İslami sistemə qələbə çalmaq gücündə olsaydı İranda iğtişaş və gərginliklər yaratmaq üçün  regionun  üzü qara ölkələri ilə  koalisiya qurmağa ehtiyac duymazdı. 
“Bu gün düşmənin yeni planı - sistem və xalq arasında ayrılıq yaratmaq  işə düşüb. İqtisadi təzyiqlər də bu məqsədlə artırılıb. Lakin onlar axmaqdırlar və başa düşmürlər ki, mövcud sistem elə İran xalqının özüdür. 
 
Necə ki, ABŞ-ın bundan öncəki  6 prezidenti öz şeytancasına məqsədlərinə çatmadı, yenə buna nail ola bilməyəcəklər.”
 
 Ayətullah Xamenei bildirib ki, hazırkı iqtisadi təzyiqlərin məqsədi  xalqı bezdirmək və yormaqdır.  “Lakin İlahi güc və qüvvətə sığınaraq xalq və sistem arasında  bağlar daha da möhkəmlənəcək və düşmənləri məyus edən birlik qorunacaq. Ölkənin mömin, motivasiyalı və əməl əhli olan gənclərimiz dahada güclənəcək.”  
 
Ayətullah Xamenei  bəzilərinin düşmən qarşsında təslim olmaq resseptini təqdim etməsinə toxunub və bildirib ki, müqavimətin faydası  və nailiyyəti  təslim olmaqdan yüz dəfə çoxdur. 
Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 07-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap