header

 İranın yüksək təhlükəsizlik potensialı Mossad və Qərbi qorxuya salıb

İsrail rejiminin sabiq energetika nazirinin həbs olunması Mossad və Qərbin xüsusi xidmət orqanlarının narahatlığına səbəb olub.

İsrailin daxili təhlükəsizlik təşkilatı ŞABAK son zamanlar bir bəyanat yayaraq, bildirib: İsrailin sabiq nazirlərindən olan Qonen Seqev İran ilə qeyri-qanuni əlaqə yaratmaqda, İsrailin hərbi və qeyri-hərbi infrastrukturları ilə bağlı sirləri ifşa və casusluq etməkdə ittiham olunur.

İRİB-nin çərşənbə gününə olan məlumatına görə, İsraildəki bəzi informasiya qaynaqları Qonen Segevin İsrailin varlığı ilə müxalif olduğunu bildiriblər.

Londonda çıxan Rəy Əl-Yəum qəzeti də İsrailin sabiq nazirinin həbs olunmasının səbəbləri haqda yazıb: Qonen Seqev pul müqabilində İrana casusluq etməyib. Onun məqsədi qondarma İsrail rejiminin təsis edilməsini dini və ilahi təlimlərə zidd hesab edən bəzi yəhudi qrupların İsraili məhv etmək arzusunu gerçəkləşdirmək olub.

Bu məlumata görə, Qonenin işi Qərbin xüsusi xidmət orqanları və İsrailin casusluq təşkilatı Mossad tərəfindən nigaranlıqla qarşılanıb. Bu isə İranın kəşfiyyat və təhlükəsizlik məsələsindəki yüksək potensialının nişanəsidir.

İsraildə çıxan "Yerusəlim Post" qəzeti bir müddət öncə İsrailin sabiq energetika nazirinin İran tərəfindən əməkdaşlığa cəzb olunmasına işarə edərək, yazıb: Bu məsələni görməməzliyə vurmaq olmaz. Çünki, Qonen çox həssas informasiyaları ifşa etməklə yanaşı, digər rəsmiləri də casus olmaları üçün İrana tanıtdıra bilərdi.

İsrail rejiminin sabiq energetika nazirinin həbs olunması Mossad və Qərbin xüsusi xidmət orqanlarının narahatlığına səbəb olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap