Ərdoğanın mətbuat katibindən ABŞ-lı konqresmenə: Kəs səsini!
Posted on : Türkiyə 06/27/2018
Türkiyə prezidentinin mətbuat katibi amerikalı konqresmenə cavab verib.
İslamazeri.com-un “Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın bəyan edib ki, ABŞ-lı konqresmen Adam Şiff “ağzını yummalıdır”.
“Əlbəttə, prezident Ərdoğana sizin təbrikləriniz lazım da deyil, Adam Şiff. Türkiyə xalqı öz fikrini bildirdi. Siz ağzınızı yummalısınız.”, - deyə Kalın bildirib.
Xatırladaq ki, amerikalı konqresmen Şiff Ərdoğanı seçkilərdəki qələbəsi münasibəti ilə təbrik etməməyə dair çağırış etmişdi. Şiff buna səbəb kimi isə, Türkiyə başçısının guya ki, ölkəsində müxalifət və KİV-ə güclü təzyiq göstərməsini göstərib. Türkiyəli rəsmi də məhz bundan sonra məlum bəyanatını edib.