header

 İlahi tövbənin gözəl şəkildə izahı şəhid Mütəhhərinin dili ilə

İnsan daima yaşam mücadiləsi verir. Lakin bundan da ən çətin mübarizəsi nəfsi ilə mübarizəsidir.

Adəm övladı hesab olunan insan bu dünyada mübarizə meydadındadır. O daima yaşam mücadiləsi verir. Lakin bundan da ən çətin mübarizəsi nəfsi ilə mübarizəsidir.

 

İnsanlar mənəvi və ruhi gücündən aslı olaraq günahlar qarşısında müxtəlif şəkillərdə dayana bilirlər. Bu səbəbdən Alahın xüsusi mənəvi paklığ bəxş etdiyi kəslərdən başqa bütün insanlar müxtəlif günahlara mürtəkib olurlar. Lakin bununla belə Allahın rəhmət və məğfirət qapısı daima bəndələrinin üzünə açıqdır. Bu qapı tövbə qapısıdır!

 

Qurani Kərim insanları daim bu qapıya doğru səsləyir, onlardan həqiqi tövbə etmələrini istəyir:

 

“Ey iman gətirənlər, Allaha  nəsuh - (xalis) bir tövbə edin!” (Təhrim-8) 

 

İnsanda tövbə əlaməti müxtəlif şəkildə zahir olur. Məsələn dil ilə xatırlaması, etdiyi səhvin yerini pərpa etmək və yaxud qəlbinin dərinliyində özünü danlayacaq qədərində peşmançılıq hissi keçirmək kimi formaları xatırlatmaq olar. Lakin hədislər və İslam alimlərinin göstərişləri budur ki, bu saydıqlarımız hamısı eyni zamanda cəm şəkildə insanda zahir olmuş olsun. Ustad Murtəza Mütəhhəri həqiqi tövbə etməyi qısa bir cümlədə gözəl şəkildə belə bəyan edir:

 

“Tövbə bu demək deyil ki, təkcə dilimizlə -əstəğfirullah deyək!

Tövbə insanın ruhani bir halıdır. Dillə demək nəinki tövbənin özü, əksinə insan ruhiyyəsində baş verən inqilabı halətin ləfzlə (sözlə) bəyanıdır.”

(Azadi mənəvi-114)

 

 

Yaşar Nuriyev / İslaminSesi.info

İnsan daima yaşam mücadiləsi verir. Lakin bundan da ən çətin mübarizəsi nəfsi ilə mübarizəsidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap