header

 Xəndək döyüşü və Hz. Əli (ə) haqda deyilmiş misilsiz kəlam – 12 şəvval

Bu gün-12 şəvval İslam tarixində Xəndək döyüşü baş verib.

İslaminSesi.info – İslam dini bu günümüzə tarixin keşməkeşli səhifələrindən keçib gəlib. İslamın hər səhifəsi çətinliklə dolu olduğu kimi ilkin çağları da çətinlik və təqiblərlə doludur.

 

Bu ağır günlərdən biri də tarixdə, yaddaşlarda “xəndək” savaşı günü kimi qalan, hicrətin 5-ci ilində şəvval ayının 12-də baş verən döyüşdür. Bu döyüş Bəni-Nəzir adlı yəhudi qəbiləsinin hiyləsi və məkrli planları ilə baş tutmuş bir hücumdur. Hz. Peyğəmbər (s) onları xəyanətlərinə görə Mədinədən çıxardır. Onlar da Qüreyş müşrüklərini və digər Yəhudi qəbilələrini döyüşə təhrik edir və bütün müttəfiqləri müsəlmanlara qarşı toplayırdılar. Bəzi mənbələrdə müttəfiqlərin qoşununu 24000 olduğu deyilir. Həm qüreyşlilərin, həm də yəhudilərin tək hədəfi peyğəmbəri (ə) və bütün müsəlmanları qətlə yetirib, yenicə təşəkkül tapmış İslamı toplumun əsasını dağıtmaq idi.

 

Müşrük ordusunun çoxluğu müsəlmanları təşvişə salmışdı. Bu səbəbdən açıq döyüşə çıxmaq çox təhlükəki idi. Bu səbəbdən qeyri adi döyüş taktikasına ehtiyac vardı. Bu təklif Salman Farsidən gəldi. O, Mədinə şəhəri ətrafında xəndək qazıb müdafiə taktikasına keçməyi məsləhət gördü və qəbul olundu. Bu səbəbdən həmin döyüşə Xəndək savaşı deyilir.

 

Xəndək səbəbi ilə şəhərə girə bilməyən müşrük ordusundan yalnız bir nəfər Əmr ibn Əbdəvud öz mahir atıyla sıçrayıb şəhərə daxil olur və müsəlmanlara həmlə edir. Tarixdə deyilir ki, o bir orduya bərabər idi. Bu səbəbdən hər kəs qaçıb dağılır və onun qarşısına çıxan olmur. Yalnız İmam Əli (ə) önə çıxıb onu qətlə yetirir və bununla da İslamı və müsəlmanları böyük bəladan, hətta kütləvi qırğından qurtarır. Bu zaman Hz.Peyğəmbər (s) indiyə qədər heç kimi barəsində demədiyi və qiyamətə qədər heç kimə bunun mislində deyilməmiş bir söz dedi:

 

“Əlinin (ə) Xəndəkdə vurduğu zərbə qiyamətə qədər bütün ins və cinnin ibadətindən (bütün əməllərindən) üstündür.” (Hakim Nişapuri. əl-Mustədrək)

 

Tarixi mənbələrdə qeyd olunur ki, Peyğəmbər (s) müsəlmanların və İslamın nicatı üçün üç gün dua edir və nəticədə duası qəbul olur. Allah Təala müşrük ordusunun üzərinə tufan göndərir və bu güclü tufan onları pərakəndə hala salıb, əllərində olanı sovurub aparır. Belə vəziyyət və Əmr ibn Əbdəvudun ölümü müşrüklərin geri çəkilməsinə səbəb olur.

 

Müşrüklərin üzərinə tufanı gəlməsi və Allahın müsəlmanlara qələbə verməsini Quran belə təsdiq edir:

“Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü.”  (Əhzab-9)

 

Yaşar Nuriyev

Bu gün-12 şəvval İslam tarixində Xəndək döyüşü baş verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap