header

 İrəvan şokda: Ermənistan Qarabağda 18 itki verdi

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun əsgərləri qeyri-döyüş şəraitində ölüb.

Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun 7 əsgəri qeyri-döyüş şəraitində ölüb.
 
İslamazeri.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "in.am” saytının yayımladığı statistikada deyilir.
 
Məlumata görə, bu ilin yanvar ayında işğalçı ölkənin ordusu 5 itki verib. Onlardan 4-ü qeyri-döyüş şəraitində qeydə alınıb. Fevralda 2, martda da 2 itki olub. Apreldə atəşkəsi pozan 2 erməni əsgəri məhv edilib. Mayda isə qeyri-döyüş şəraitində 7 erməni əsgər ölüb. Bu statistika ictimaiyyətə məlum olan rəsmi məlumatlardır. Ehtimallara görə, bir çox itkilər gizlədilir. Lakin təkcə rəsmi statistikaya görə, cari ilin 5 ayı ərzində düşmən ordusu 18 itki verib.
 
Erməni şərhçi Sarqis Artsruni yazır ki, bu, həyəcanlı statistikadır.
 
Onun sözlərinə görə, Ermənistanda ordu ətçəkən funksiyasını yerinə yetirir: "Maraqlıdır ki, 7 itkinin qeydə alındığı may ayında Ermənistanda hakimiyyət dəyişikliyi olub. İtkilərin əksəriyyəti Qarabağda, ön cəbhədə qeydə alınıb. Qeyri-döyüş şəraitində baş verən itkilər əsasən qətl və intiharla olur. Bu günlərdə orduda general Manvel Qriqoryan tərəfindən mənimsəmə halları ortaya çıxdı. O cümlədən, generallar Mikayel Artünyan və Yuri Xaçaturovun, eləcə də digər yüksək vəzifəli hərbiçilərin də mənimsədikləri haqda məlumatlar yayılır. Lakin bunlar köhnə sistemdən qalmalardır və baş verənlər ordudakı problemlərin başa çatmadığını göstərir”.
Bu ilin 1-31 may tarixində Ermənistan ordusunun əsgərləri qeyri-döyüş şəraitində ölüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap