header

 İran Səudiyyə Ərəbistanına cavab verdi

İran İslam Respublikasının Ali Baş Komandanı Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin müşaviri General Seyid Yəhya Rəhim Səfəvi deyib: Əgər ərəbistanlıların zehnində İrana təcavüz fikri formalaşsa, ilk gündə 1000 raket Riyazdakı krallıq qəsrlərini viran edəcək.

İranın Fars əyalətində, Sarəllah Hüseyniyyəsində müharibə əlilləri və görkəmli şəxslər qarşısında çıxış edən general Səfəvi İranın regiondakı qüdrətinə işarə edərək deyib: Amerikanın mədəni, hərbi və iqtisadi baxımdan tənəzzülə uğradığı bir vaxtda düşmənlər bilməlidirlər ki, İran regionun ilk gücüdür və heç bir məsələ İran olmadan həllini tapa bilməz.

O əlavə edib: Qonşu ölkələr İran üçün heç bir təhdid hesab edilmir.

İştirakçılardan birinin Səudiyyə Ərəbistanının təhrikedici çıxışları barədə sualına isə general belə cavab verib: 

İran böyük bir qüdrətdir. Onlar bir səhv etsələr, elə ilk gündə Riyaz şəhərindəki qəsrlərinə 1000 raket zərbəsi endirilər. Əlbəttə belə bir axmaqlıq edəcəklərini güman etmirəm.

ABŞ-ın qüdrətinin süqutu

İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı general Səfəvi Amerikanın öz müttəfiqlərini itirməsinə işarə edərək deyib: Bizim hərbi qüvvələrimiz bütün təhdidlərə qarşı müəyyən planlara malikdir. Hazırda bizim gücümüz Aralıq dənizi sahillərinə çatmışdır. Amerika və sionist rejim olan İsrail zəifləyib. Çünki əgər gücləri çatsaydı, Suriyada Bəşər Əsədi devirərdilər.

O deyib: Bu gün Hizbullah 80.000 raketlə İsrail üçün daimi təhdidə çevrilib. İmam Xomeyni (r) və ali məqamlı rəhbərin fikirləri dünyanın ən ucqar nöqtələrində yayımlanır. Bu da İran İslam İnqilabının ideya və mədəniyyətinin nüfuzunun göstəricisidir.

Hamı bilməlidir ki, Suriyada Amerikaya macal verməyən SEPAH-ın gücü idi. Onların siyasətinin qol gücü siyasəti olmasına baxmayaraq, İranın öhdəsindən gələ bilmədilər.
İran İslam Respublikasının Ali Baş Komandanı Həzrət Ayətullah əl-Üzma Seyid Əli Hüseyni Xameneinin müşaviri General Seyid Yəhya Rəhim Səfəvi deyib: Əgər ərəbistanlıların zehnində İrana təcavüz fikri formalaşsa, ilk gündə 1000 raket Riyazdakı krallıq qəsrlərini viran edəcək.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap