header

 Türkiyədəki seçkilərin saxtakarlıq görüntüləri yayılıb - VİDEO

Türkiyədəki seçkilərin saxtakarlıq görüntüləri yayılıb - VİDEO

Türkiyədə iyunun 24-də keçirilən prezident və parlament seçkilərinin yekun nəticələri məlum olub. Seçkilərə Milliyyətçi Hərəkat Partiyası (MHP) və Böyük Birlik Partiyası (BBP) ilə ittifaq quraraq gedən iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 52.5% səs toplayaraq ilk turda yenidən prezident seçilib.

FaktXeber.com-un məlumatına görə, bununla belə sosial şəbəkələrdə seçki saxtakarlığı ila bağlı bir sıra videolar paylaşılıb. Kadrlarda  boş səsvermə kağızlarına  Ərdoğan və AKP lehinən səs  verildiyi görünür.

Bəzi hallarda isə səsvermə kağızını zərfə qoyub boş gətirənlərə pul verilib.

Sadə vətəndaşlar tərəfindən qeydə alınan videolarla bağlı hələ ki, rəsmi açıqlamalar verilməyib.

Xatırladaq ki, Parlament mandatı uğrunda kçitilən seçki mübarizəsində də AKP-MHP-BBP-nin qurduğu “Cümhur İttifaqı” 53,6% səslə qalib gəlib. Müxalifət partiyalarının “Millət İttifaqı” adlı seçki bloku isə 34,1% səs toplaya bilib. 10%-lıq bariyeri dəf edən, heç bir blokda iştirak etməyən Xalqların Demokratik Partiyasın 11.5% səs alaraq parlamentdə təmsil olunma hüququ qazanıb.

Qeyd edək ki, seçkidən sonra Türkiyədə parlamentar sistemin sonuna gəlinib. 16 aprel 2017-ci ildə keçirilən konstitusiya dəyişikliyi referendumunda Türkiyənin prezident üsulu ilə idarə edilməsi qərarlaşdırılıb. 24 iyundakı seçkidən sonra Türkiyə tamamilə prezident üsul-idarəsinə keçib.

Yeri gəlmişkən onu da bildirək ki, millət vəkillərinin sayının 550-dən 600-dək artırılmasından sonra  keçirilən ilk seçkidə AKP  məclisdəki çoxluğunu itirərək 293 mandat qazana bilib. Ancaq seçkiyə MHP ilə ittifaqda getdiyinə görə, 49 mandat qazanan MHP-nin AKP ilə  məclisdəki ümumi mandat sayı 339-a yüksəlib ki, bu da faktiki olaraq məclis çoxluğunun təmin edilməsi deməkdir. Ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (22.74%- 146 mandat), HDP-nin (11.7%- 67 mandat) və İyi Partiyanın (10.07-45 mandat) qurduğu ittifaq isə məclisdə çoxluğu ələ keçirə bilməyib.

Qeyd edək ki, Ərdoğanın rəqibi olan Muharrem İnce seçkini tanıdığını bildirib: "Seçkidə səslər oğurlanıb, amma nəticəyə təsir edəcək qədər deyil. Ona görə də, seçkinin nəticələrini tanıyıram, Ərdoğanı təbrik edirəm. Mənə 15 milyon Türkiyə vətəndaşı səs verib, məqsədimiz bunu 30 milyona çatdırmaqdır".

Türkiyədəki seçkilərin saxtakarlıq görüntüləri yayılıb - VİDEO
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap