header

 Amoli Laricani: İnsan haqları ölkələrə təzyiq göstərmək üçün bir vasitəyə çevrilib

İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinin başçısı deyib: Düşmənlər xüsusilə də ABŞ kimi imperialist ölkələr insan haqları sahəsində çox qaranlıq bir keçmişə malik olmalarına rəğmən, insan haqlarından İran və digər ölkələrə təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə edirlər.

İRNA-nın məlumatına görə, İranın Məhkəmə hakimiyyətinin sədri Ayətullah Sadiq Amoli Laricani şənbə günü, məhkəmə hakimiyyəti həftəsi münasibəti ilə canlı olaraq yayımlanan televiziya proqramında Məhkəmə Hakimiyyətinin fəaliyyətini İran xalqı üçün açıqlayıb. 

O deyib: Beynəlxalq insan haqları təşkilatlarının informasiya qaynağının münafiqlər kimi cinayətkar və pozğun bir qrup olduğu bir şəraitdə bu təşkilatlar İranda insan haqlarının vəziyyətini hansı formada dəyərləndirə bilərlər? 

Ayətullah Amoli Laricani qərblilər ilə insan haqları məsələsində ümumiyyətlə insanın özü  və insan haqlarının tərifi barədə fərqli baxışların olduğunu deyərək, əlavə edib: İran İslam Respublikasına xüsusilə də məhkəmə hakimiyyətinə vurulan ittihamlar yanlışdır. 

İranın Məhkəmə Hakimiyyətinin başçısı daha sonra bəzi beynəlxalq təşkilatların o cümlədən BMT-nin insan haqları məsələsində ABŞ kimi imperialist və hegemonçu dövlətlərin siyasətlərini izləmələrinə tənqid edərək, deyib: Regionda və regiondan kənarda ən ağır cinayətlərə yol verən bu ölkələr İran İslam Respublikasını insan haqlarını pozmaqda ittiham edirlər. Bu da qəbul edilməzdir. 

Ayətullah Amoli Laricani daha sonra fələstinlilərə qarşı edilən cinayətlərə və sionist rejimin işğal edilmiş ərazilərdə törətdiyi vəhşiliklərə işarə edərək, Bəhreyndə şiələrə zülm edilməsini, Yəməndə müdafiəsiz və günahsız insanların qırğın edilməsini habelə, ABŞ-ın İraq və Əfqanıstandakı cinayətləri, Vyetnamda törədilən cinayətləri xatırladıb və deyib: ABŞ və bəzi Qərb dövlətlərinin İranı insan haqlarını pozmaqda ittiham etmələri son dərəcə təəccüblü haldır. 

O həmçinin, ABŞ hökumətinin anti-humanist rəftarlarını xüsusilə mühacir uşaqların zorla valideynlərindən alınmasını xatırladıb və deyib: İnsan haqlarının vəziyyəti ilə bağlı ümumi bir aydınlatmaya ehtiyac var. Belə olarsa, hegemonçu dövlətlər öz mediaları hesabına ümumi fikri həqiqətlərdən yayındıra bilməzlər. 

İran İslam Respublikasının Məhkəmə Hakimiyyətinin başçısı deyib: Düşmənlər xüsusilə də ABŞ kimi imperialist ölkələr insan haqları sahəsində çox qaranlıq bir keçmişə malik olmalarına rəğmən, insan haqlarından İran və digər ölkələrə təzyiq göstərmək üçün bir vasitə olaraq istifadə edirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap