header

 Səud koalisiyasının hücumlarında Yəmən vətəndaşlarının öldürülməsi davam edir

Yəmənin Əlhudəydə şəhərində döyüşlərin davam etməsilə bir zamanda təcavüzkar səud koalisiyasının hərbi təyyarələri də Səədə vilayətindəki hava hücumlarını şiddətləndiriblər.

Təcavüzkar səud koalisiyasının Səədə vilayətinin Zahir şəhərində yerləşən bir məntəqədəki iki mənzilə qarşı hücumları nəticəsində beş mülki öldürülüb. Ölənlər arasında qadın və uşaqların cəsədləri görünür. 

Səədə vilayətindəki yerli bir mənbənin sözlərinə görə, təcavüzkar səud qırıcıları altı dəfə Razəh şəhərinin Ələzhər məntəqəsini, dörd dəfə də bu şəhərdəki Əlqəd və Əlhəccə məhəllələrini bombalayıblar.

Kətaf şəhərindəki Ələtfin məntəqəsi də iki dəfə səud koalisiyasının hava hücumları hədəfinə çevrilibdir. 

Səud qırıcıları həmçinin Səədə vilayətindəki Şəda rayonunda yerləşən bir məktəbi hədəfə alıblar ki, bir mülkinin yaralanmasından əlavə, məktəbə böyük xəsarətlər dəyibdir.

Yəmənin Əlhudəydə şəhərində döyüşlərin davam etməsilə bir zamanda təcavüzkar səud koalisiyasının hərbi təyyarələri də Səədə vilayətindəki hava hücumlarını şiddətləndiriblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap