header

 Yəməndə anti-ABŞ və anti-səud aksiyası keçirilib

Yəmənin Əlhudəydə şəhərinin sakinlərindən minlərlə nəfər dünən axşam amerikan-səud koalisiyanın bu şəhərə qarşı təcavüzü əleyhinə aksiya keçirərək, BMT-nin Ərəbistan ilə onun əlbirlərinin cinayətləri qarşısında susmasını pisləyibdir.

Yəmənlilər bu aksiyada şüarlar verərək, amerikan-səud koalisiyanın bu ölkəyə qarşı təcavüzünü pisləyiblər. Onlar təcavüzkarların cəhdlərilə mübarizəyə və onların qarşısında birliyin vacibliyinə təkid ediblər.

Aksiyaçılar bir bəyanat yayaraq, ABŞ, Ərəbistan və əmirliklərin Yəmənin mühasirəsinin nəticələrində və bu ölkəyə qarşı cinayətlərdə məsuliyyət daşıdıqlarını bildiriblər.

Həmçinin aksiya iştirakçıları BMT-nin Əlhudəydə əhalisinə dəstək verməsi və bu sahədə məsuliyyət qəbul etməsini istəyiblər.

Bəyanatda habelə Yəmən xalqının təcavüzkarlarla mübarizədə bu ölkənin ordusu və xalq komitələri qüvvələrini himayə etdiyi vurğulanıbdır.

Təcavüzkar səud koalisiyası Əlhudəydə limanını işğal etmək üçün iyunun 13-də bu şəhərə qarşı geniş hücuma keçibdir. Əlhudəydə limanı Yəmənə humanitar yardımların göndərilməsi üzrə ən əsas yoldur.

Ərəbistan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq bəhanəsilə ABŞ-ın və bir neçə ərəb ölkəsinin himayəsi ilə 2015-ci ilin martında bu ölkəyə hücum etdi, amma Yəminin hərtərəfli şəkildə mühasirə olunmasına və bu ölkəyə qarşı hava hücumlarına rəğmən, indiyədək öz hədəflərindən heç birinə çatmayıbdır.

Yəmənin Əlhudəydə şəhərinin sakinlərindən minlərlə nəfər dünən axşam amerikan-səud koalisiyanın bu şəhərə qarşı təcavüzü əleyhinə aksiya keçirərək, BMT-nin Ərəbistan ilə onun əlbirlərinin cinayətləri qarşısında susmasını pisləyibdir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap