header

 Bəşər Əsəd ABŞ-la müzakirə aparmaqla bağlı açıqlama verib

“Onlar da təzyiq göstərən qrupların girovundadırlar. Bu qruplar nəhəng media qurumları, böyük şirkətlər, maliyyə müəssisələri, neft və silah şirkətləridir. ABŞ-la müzakirə aparmaq vaxt itirmək deməkdir”

İslaminSesi.info əl-Məyadinə istinadla xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Rusiyanın NTV telekanalına verdiyi müsahibədə deyib.

 

Vaşinqtonla müzakirə aparmaqla bağlı sualı cavablandıran Suriya prezidenti bildirib ki, “1974-cü ildən yəni ABŞ-la müzakirələrin başlamasından indiyədək məsələ ilə bağlı heç bir şey baş verməyib. Gələcəkdə də bu zəmində hər hansı bir dəyişikliyin olacağı görünmür”

 

Suriya prezidenti amerikalıların siyasi rəftar psixologiyası haqda daha bir maraqlı məqama toxunaraq deyib:

 

“Amerikalılar sizin eşitmək istədiyinizi deyə bilərlər, amma onlar bunun əksini edəcəklər. Onlarda vəziyyət budur və getdikcə də pisləşəcək. Prezident Donald Tramp da buna əyani sübutdur.”

 

“Onlar da təzyiq göstərən qrupların girovundadırlar. Bu qruplar nəhəng media qurumları, böyük şirkətlər, maliyyə müəssisələri, neft və silah şirkətləridir. ABŞ-la müzakirə aparmaq vaxt itirmək deməkdir”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap