header

 Bəqi qəbiristanlığı 95 il öncə - FOTOLAR

Şəvval ayının 8- i imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür

Hicri qəməri tarixi ilə 1344-cü ildə  Şəvval ayının 8- ində (22 iyun)  Əbdül-Əziz bin Səudun qüvvələri - radikal sələfilər müqəddəs Mədinəni mühasirəyə alaraq şəhəri talan ediblər.
 
Maide.Az xəbər verir ki, Onlar bununla kifayətlənməyərək, dörd imam və digər tanınmış səhabələrin məqbərələrinin yerləşdiyi Bəqi qəbiristanlığını yerlə yeksan ediblər. Bu qəbiristanlıqda imam Həsən (ə), İma Zeynül-Abidin (ə), İmam Baqir (ə), İmam Sadiq (ə) və digər tanınmış səhabələr dəfn ediliblər.  
 
 
İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, hərəmlərin bərpa edilməsini tələb edir.
 
Bəqi qəbiristanlığı Səudiyyə Ərəbistanının ‏‎Mədinə şəhərində, Nəbəvi Məscidindən (Peyğəmbər (s) Məscidi) cənub-şərqdə yerləşir. 622-ci ilin sentyabrında Peyğəmbər (s) Məkkədən Mədinəyə gəlir. Həmin dövrdə Ən-Nəbəvi Məscidin tikintisi zamanı Peyğəmbər (s) buradakı Əl-Bəqi adlı böyük torpaq sahəsini satın alır. Burada həmçinin Məhəmməd peyğəmbərin (ə) əmisi Abbas ibn Əbdülmütəllib də dəfn olunub.
 
 
 
 
 
 
 

 

Şəvval ayının 8- i imamların dəfn edildiyi Bəqi qəbiristanlığının dağıdıldığı gündür
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap