Hələbdə terrorçuların komandiri məhv edildi - FOTO
Posted on : Digər sahələr 06/21/2018
Suriyanın şimalında yerləşən Hələb əyalətində terrorçuların daha bir yüksək rütbəli komandiri naməlum şəxslər tərəfindən öldürülüb.
FaktXəbər bildirir ki, bu barədə məlumatı "Heyət-Təhrir-əl-Şam" terror təşkilatı təsdiqləyib.
Məlumata görə, Əbu Əhməd Şaruh adlı terrorbaşı çərşənbə günü öldürülüb. Onun nəqliyyat vasitəsi Hələbin qərbində əl-Muhandizən rayonunda silahlı hücuma məruz qalıb.
Qeyd edək ki, terrorçuların komandiri Suriya ordusuna qarşı intihar avtomobillərin hazırlanması üzrə fəaliyyət göstərirdi.