header

 İran: Raketlərimizin uçuş mənzili artırmağı planlaşdırmırıq, çünki...

İranlı general ölkəsinin raket proqramına dair danışıb.

İslamazeri.com-un “Tasnim”-ə istinadən verdiyi xəbərə əsasən, İran öz raketlərinin uçuş məsafəsini artırmağı planlaşdırmır. Bunu İranın İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) komandanı Muhəmməd Əli Cəfəri bəyan edib.

Elmi planda bizim raketlərin uçuş məsafəsini artırmaq imkanımız var, lakin hazırda bizim siyasətimiz raketlərin mənzillərinin artırılmasından ibarət deyil, çünki düşmənlərin strateji hədəfləri onsuz da 2000 km məsafəsindədir.”, - deyə Cəfəri bildirib.

Xatırladaq ki, rəsmi Tehran 2015-ci ildə İranın nüvə proqramına dair sazişin əldə edilməsindən sonra 2016 və 2017-ci illərdə bir neçə dəfə ballistik raketlərin sınağını keçirib, 2017-ci ilin sentyabr ayının sonunda isə hərbi parad zamanı uçuş mənzili 2000 km olan “Xürrəmşəhr” adlı yeni ballistik raketini təqdim edib.

Özündə ballistik raketlərin hazırlanmasını ehtiva edən İranın raket proqramı dəfələrlə Qərb ölkələri tərəfindən tənqid edilib. Lakin rəsmi Tehran qeyd edib ki, İslam Respublikasının raket proqramının inkişafı özünümüdafiə məqsədi daşıyır və digər dövlətlərə qarşı deyil.

İranlı general ölkəsinin raket proqramına dair danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-20-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap