header

 Hüquq təşkilatları Şeyx Əli Salmanın vəziyyətindən nigarandırlar

Hüquq üzrə qeyri-hökumət təşkilatları bir bəyanatda bildiriblər ki, Bəhreyndə Əlvifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mühakiməsi Ali-Xəlifə rejiminin qarşıdakı parlament seçkilərindən öncə siyasi müxalifləri sakitləşdirmək üzrə geniş proqramının bir hissəsidir.

Demokratiya və İnsan Haqları üzrə Avropa Mərkəzi, Bəhreyn Demokratiya və Hüquq Müəssisəsi və ADHRB təşkilatı Şeyx Əli Salmanın mühakiməsindən nigarançılıq edərək, onun tez bir zamanda və qeyd-şərtsiz olaraq azad edilməsi üçün bu rejimə təzyiqin göstərilməsini istəyiblər.

Bəhreyndəki bu insan haqları təşkilatları Şeyx Salmanın mühakiməsini Ali-Xəlifə rejiminin bu ölkənin siyasi və vətəndaş cəmiyyətinə qarşı hücumlarının bir nümunəsi adlandırıb və deyib ki, siyasi baxışlarına görə, müxaliflərin rəhbərlərinin hədəfə alınmaları qəbuledilməzdir.

Bəhreyndə şiə liderlərindən olan Şeyx Salman 2014-cü ildə həbs olundu və 2015-ci ilin iyulunda dörd il həbsə məhkum edildi, amma apellyasiya məhkəməsi onu, rejimi dəyişmək üçün təşviqat aparmaq ittihamı ilə mühakimə edərək, onun həbs müddətini doqquz ilədək artırdı.

Hüquq üzrə qeyri-hökumət təşkilatları bir bəyanatda bildiriblər ki, Bəhreyndə Əlvifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmanın mühakiməsi Ali-Xəlifə rejiminin qarşıdakı parlament seçkilərindən öncə siyasi müxalifləri sakitləşdirmək üzrə geniş proqramının bir hissəsidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap