header

 Səudiyyə Ərəbistanında 23 nəfər Corona virusu səbəbindən həyatını itirib

Səudiyyə Ərəbistanında son 5 ayda 23 nəfər Corona virusu səbəbidən həyatını itirib.

Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, Səudiyyə Ərəbistanında son 5 ayda SARS xəstəliyinin törəməsi olan "Corono"(MERS-CoV) virusu xəstəliyinə yoluxmuş 23 nəfər həyatını itirib.
 
Məlumata görə, yeni ölüm halları ilə 2012-ci ilin sentyabr ayından etibarən ölənlərin sayı 790-a qalxmış Səudiyyə Ərəbistanında 840 nəfər bu virusa yoluxub.
 
ÜST-ün Cenevrə mərkəzinin internet səhifəsində yer alan məlumatda bildirilir ki, 2018-ci ilin yanvar ayından may ayına kimi Səudiyyə Ərəbistanın Hafr əl Batın, Riyad, Ciddə və Nəcran bölgələrində 23 ölüm halı baş verib.
 
Həmin dövrdə adı çəkilən şəhərlərdə 75 nəfərdə Corona virusu aşkar edilib.
 
Qeyd edək ki, ilk dəfə "Corono" virusu 2012-ci ildə aşkarlanıb. Başda Səudiyyə Ərəbistanı olmaqla, yaxın Şərqdə geniş yayılan bu xəstəlik ağciyər və böyrəkləri sıradan çıxardır. Yoluxucu olan bu xəstəliyə qarşı qorunma və ya dərman vasitələri hələ də tapılmayıb.
Səudiyyə Ərəbistanında son 5 ayda 23 nəfər Corona virusu səbəbidən həyatını itirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap