header

 Yəmənin qərbində səud komandanlarından biri öldürülüb

Yəmənin ordu və xalq komitələri qüvvələrinin hücumları nəticəsində bu ölkənin qərb sahilində səud komandanlarından biri onu müşayiət edənlərdən bir qrupu ilə öldürülüb.

Yəmən ordusunun Əlhudəydə limanındakı mənbələri bildiriblər ki, yəmənli qüvvələrin hücumlarının şiddətlənməsi ilə bir vaxtda səud koalisiyasının təcavüzkar qüvvələri Yəmənin qərb sahillərindən onlarla cəsəd və yüzlərlə yaralını köçürüblər.

Hazırda səud koalisiyasının tabeliyində olan yarımhərbçilər Yəmənin qərbindəki üç məntəqədə mühasirə olunublar və onların arxa cəbhə ilə əlaqələri kəsilibdir.

Amerikan və səud qırıcıları dünən axşam Yəmənin qərbində yerləşən Əlhudəydə beynəlxalq hava limanına 20 dəfədən çox hücum ediblər.

Ərəbistanın başçılığı altında olan, həmçinin bəzi Qərb ölkələri və Amerika tərəfindən dəstəklənən ərəb koalisiyası insan durumunun ağır olması haqdakı beynəlxalq xəbərdarlıqlara rəğmən, Yəmənin qərbində yerləşən Əlhudəydə limanını işğal etmək üçün iyunun on üçündə geniş hücuma başladılar.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edibdir ki, səud koalisiyası qüvvələrinin Əlhudəydə şəhərinə qarşı hücumu iki milyon 600 min nəfərin həyatını təhlükəyə salıbdır.

Əlhudəydə limanı yəmənlilərin əsas həyat arteriyası sayılır və səhiyyə yardımları, dərman preparatları və qida maddələrinin 70 faizi məhz bu yolla Yəmənə daxil olur.

Yəmənin ordu və xalq komitələri qüvvələrinin hücumları nəticəsində bu ölkənin qərb sahilində səud komandanlarından biri onu müşayiət edənlərdən bir qrupu ilə öldürülüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap