İranda narkomafiyaya ağır zərbə: 188 ton narkotik maddələr aşkarlandı
Posted on : iran 06/18/2018
"20 martdan 16 iyuna qədər İranda 188 ton narkotik maddələr aşkarlanıb"
"20 martdan 16 iyuna qədər İranda 188 ton narkotik maddələr aşkarlanıb."
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu sözləri İran İslam Respublikası Hüquq-Mühafizə Qüvvələrinin Narkotik Maddələrlə Mübarizə İdarəsinin polis rəisi general-leytenant Məsud Zahidian bildirib.
Onun sözlərinə görə, aşkarlanan narkotik maddələrin əksəriyyəti tiryəkdir: "2017-ci ildə İranda 2 tona yaxın narkotik maddə aşkarlanıb. Daha çox narkotik maddə İranın şərq vilayətlərində aşkarlanıb".
İran İslam Respublikası dünyada narkotik maddələri ilə mübarizə əməliyyatına önəm verir və üç mindən çox polis və hərbçi həyatını itirib və ondan daha çox yaralı xəstəxanaya yerləşdirilib. Mübarizə təkcə İrandaxili mafiya deyil, beynəlxalq mafiyaya qarşı da aparılmışdır.
BMT İranı narkotik maddələrlə mübarizədə bayraqdar adlandırıb.