header

 BMT: Əl-Hudeyda bölgəsindən 5 min yəmənli ailə didərgin düşüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Hudeyda bögləsinə təcavüzü nəticəsində 5 min yəmənli ailə evlərindən didərgin düşüb.

Maide.Az “Presstv”-yə istinadən xəbər verir ki, BMT-nin İnsan Haqları Kordinasiya Ofisinin yaydığı məlumata görə, Yəmənin Qərbində Hudeyda  bölgəsində Səudiyyə rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinin iyun ayının 13-dən başlanılan təcavüzü və hücumları nəticəsində indiyədək 4 min 458 ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
 
Məlumatda bildirilir ki, bu təcavüz və hücum nəticəsində onlarla yəmənli ailənin əkin sahələrinə ziyan dəyib, onlar yeganə gəlir mənbələrini itiriblər.
 
Hudeyda, Qırmızı dənizdə Yəmənin ikinci ən böyük liman şəhəridir. Bu liman uzun illərdir ki, mühasirədə saxlanılan Yəmən xalqının dənizə yeganə çıxış limanıdır. Liman vasitəsilə, həmçinin Yəmənə humanitar yardımlar çatdırılır.
 
Ümumdünya Səhiyyə Təşkilatı bundan öncə xəbərdarlıq etmişdi ki, Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinin Hudeyda bögləsində geniş miqyaslı hücumu nəticəsində 2 milyon 600 min nəfərin həyatı təhlükə ilə üzləşir.
 
Qeyd edək ki, Hudeydanın işğal edilməsi Yəməndə 22 milyondan çox yardıma ehtiyacı olan (8.4 milyon insanı aclıq təhlükəsi gözləyir) insanın həyatı üçün təhlükə yaradır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Hudeyda bögləsinə təcavüzü nəticəsində 5 min yəmənli ailə evlərindən didərgin düşüb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap