header

 Səudiyyə Ərəbistanının Suriya ilə bağlı məkrli planı məlum oldu

Səudiyyə rəsmilərinin öz nəzarəti və dəstəyi altında qəbilə ordusu yaratmaq üçün şimali Suriyadakı tayfa şeyxləri ilə görüşdüyü bildirilib. Bu barədə ərəbdilli mətbuat məlumat yayıb

Məlumata görə, Səudiyyə Ərəbistanı rəsmiləri şimali Suriyadakı tayfa şeyxləri, başqa sözlə, ABŞ-ın dəstəklədiyi "Suriya Demokratik Qüvvələri"nin yerləşdiyi regionlarda öz nəzarətləri və dəstəkləri altında olan qəbilə qüvvələrini yaratmaq istəyirlər.  

"CISAR" araşdırma mərkəzi tədqiqatçılarından Əbdül Vəhhab Assi məsələ ilə bağlı bunları bildirib:  

"Şərqi Fərat bölgəsində Səudiyyə Ərəbistanının dəstəklədiyi hərbi qəbilə qüvvəsinin yaradılması haqqındakı söhbətlər iki ay əvvəl başlayıb. Şimr Qəbiləsi, "Suriya Demokratik Qüvvələri"ndəki digər kürd qüvvələri bu hərbi qəbilə qüvvələrinin yaradılmasına razılıq verib. Səudiyyə Ərəbistanı bu addımı ilə bir neçə ay sonra bölgədən ABŞ qüvvələrinin çəkilməsindən sonra yaranacaq boşluğu doldurma istəyir."

Azad Suriyalılar Hərəkatı şurasının sədri Usamə Bəşir də Suriyanın şimalında hərbi qəbilə qüvvələrinin yaradılmasını, ABŞ-ın İraqda "Oyanış Şuraları" adı altında etdiklərinə bənzədib. Buna görə də Səudiyyə Ərəbistanının bu addımının ölkənin parçalanmasını səbəb olacağını deyib.

Mənbə: eastnews

Səudiyyə rəsmilərinin öz nəzarəti və dəstəyi altında qəbilə ordusu yaratmaq üçün şimali Suriyadakı tayfa şeyxləri ilə görüşdüyü bildirilib. Bu barədə ərəbdilli mətbuat məlumat yayıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap