header

 İrandan Trampın neftin qiyməti ilə bağlı OPEC həmləsinə unikal cavab

Müttəfiq olduğu Kanada və Avropa ölkələrindən gələn əmtiələrə ağır vergilər qoyan Tramp bu dəfə neftin qiymətinin baha olmasından şikayətlənir. Tramp ötən gün öz rəsmi twitter səhifəsində dünyada neftin qiymətinin yuxarı olmasına görö OPEC-i ittahamlandırıb. İranın OPEC-dəki nümayəndəsi ona tutarlı cavab verib.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, İranın OPEC-dəki nümayəndəsi Hüseyn Kazimpur Ərdəbili Reuters-ə verdiyi müsahibədə Trampın neft qiyməti şikayətinə cavab verməyi də yaddan çıxarmayıb.

 

Ərdəbili, özünü yaxşı biznesmen adlandıran Trampa belə müraciət edib:

 

“Cənab prezident ! Bu bir ticarətdir. Biz elə bilirdik ki siz bunu bilirsiz!. Siz OPEC-in iki təsisçisinə (İran və Venesuela) qarşı sanksiya tətbiq edirsiniz. Sonra neftin qiymətinin qaxdığına görə OPEC-i ittiham edirsiz?!”

 

Qeyd edək ki, OPEC-in neft siyasəti nəticəsində keçən illə müqayisədə qara qızılın qiyməti 60 faiz artaraq 80 dollar civarına çatıb. Carı ayın 22-də OPEC dövlətləri yenidən bir araya gələrək, neftin daha bir il üçün siyasətini müəyyənləşdirəcəklər. OPEC-in toplantısı elə bir halda baş verir ki, ABŞ İran neftini alan dövlətlərə təzyiqlər göstərir və bu neftin təmin edilməsi üçün də Səudiyyə kimi körfəz ərəb rejimlərinə təzyiqlərini davam etdirir. Səudiyyənin OPEC tərkibində olması da ona neftin istehsalının artırılmasına icazə vermir və bu minvalla rəsmi ər-Riyad ABŞ-ın təzyiqlərindən dolayı çətin vəziyyətə düşmüş durumdadır.

Müttəfiq olduğu Kanada və Avropa ölkələrindən gələn əmtiələrə ağır vergilər qoyan Tramp bu dəfə neftin qiymətinin baha olmasından şikayətlənir. Tramp ötən gün öz rəsmi twitter səhifəsində dünyada neftin qiymətinin yuxarı olmasına görö OPEC-i ittahamlandırıb. İranın OPEC-dəki nümayəndəsi ona tutarlı cavab verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap