header

 Əsəd: İndi “Hizbullah”-ın Suriyadan çıxarılması haqda söz gedə bilməz!

Suriya Prezidenti "Hizbullah" hərəkatı döyüşçülərini Suriyadan çıxarılması mövzusu barədə danışıb.

İslamazeri.com-un “Əl-Ələm” telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriya Prezidenti Bəşər Əsəd bildirib ki, Livanın “Hizbullah” hərəkatının döyüşçülərindən Suriyanı tərk etmələrini istəmək üçün hələ çox tezdir, terrorçuluqla mübarizə hələ uzun müddət davam edəcək.

Söhbət ölkələr arasındakı 3 qat ittifaqdan gedir, lakin “Hizbullah” bu müharibədəki əsas iştirakçıdır. Müharibə uzun müddət davam edəcək və bu qüvvələrə hələ uzun müddət ehtiyac olacaq. “Hizbullah”, İran və digərləri terrorçuluğa qalib gəldiklərini dedikdə, onların özləri vətənlərinə geri dönmək istədiklərini deyəcəklər... Lakin bu mövzu barədə danışmaq üçün hələ çox tezdir.”, - deyə Əsəd bildirib.

Xatırladaq ki, “Hizbullah” lideri Seyid Həsən Nəsrullah iyunun 8-i bildirmişdi ki, Suriya hökuməti müvafiq çağırışla müraciət etməyincə, hərəkatın döyüşçüləri bu ölkəni tərk etməyəcək. O qeyd edib ki, Suriyadan ilk müvafiq istək gələn kimi bütün “Hizbullah” döyüşçüləri bu ölkədən çıxarılacaq.

Suriya Prezidenti "Hizbullah" hərəkatı döyüşçülərini Suriyadan çıxarılması mövzusu barədə danışıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap