header

 Səudiyyəyə daha bir cavab - Qətər İrana fövqəladə və səlahiyyətli səfir göndərir

Qətər İrana fövqəladə və səlahiyyətli səfir göndərib.

İslaminSesi.info xəbər verir ki, Qətərin əmiri Təmim bin Həmd İrana fövqəladə və səlahiyyətli səfir rütbəli diplomatik nümayəndənin göndərilməsi haqda fərman verib.

 

Məlumata görə bundan öncə Yunanstan, Liviya və Yəməndə səfir olmuş Məhəmməd Həmd Səd əl-Fəhid fövqəladə və səlahiyyətli səfir kimi Tehrana getməlidir.

 

Xatırladaq ki, 2016-cı ilin yanvarında Səudiyyə və bir sıra ərəb dövlətləri İranla diplomatik əlaqələri kəsdikdən sonra Qətər də səfirini geri çağırmışdı.

 

Səudiyyə ilə həmrəylik əlaməti olaraq Qətər Yəmənə də hərbi qüvvə yeritdi. Lakin Qətər özü bu ölkələr tərəfindən blokadaya salındıqdan sonra İran Dohanın düşdüyü blokadanın aradan qaldırılması üçün Qətərlə həmkarlıq etməyə razı olduğunu bildirdi. Qətər daha sonra Səudiyyə koalisiyası çərçivəsində Yəmənə ezam etdiyi qüvvələrini də geri çəkdi.

Qətər İrana fövqəladə və səlahiyyətli səfir göndərib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap