header

 Tramp və Kim; tamaşa yoxsa müzakirə

ABŞ prezidenti və Şimali Koreya rəhbərinin Sinqapurda görüşü mediyalar və müxtəlif ölkə başçıları tərəfindən fərqli qarşılanıb.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya rəhbəri Kim Çen In dünən 12 iyunda Sinqapurda görüşdülər, 43 saat davam edən müzakirələrin sonunda 4 bəndlik bir razılaşma sənədi də imzalandı. 

ABŞ prezidentinin Şimali Koreya rəhbəri ilə görüşü Amerikanın gözlənilməz prezidenti üçün bir tamaşaya çevrildi və iki tərəf ümumi bir bəyanata kifayətləndiklərini bildirərək heç bir müəyyən və istinadediləsi çərçivəyə nail olmayıblar. 

İki tərəfin yekun bəyanat barədə fərqli münasibətləri göstərir ki, Şimali Koreya Koreya yarımadasının atom silahlaırndan təmizlənməsindən danışır ahlbuki, Tramp Şimali Koreyanın tərksilahından. 

Röytersin siyasi ekspertlərə istinadla verdiyi məlumata görə, Donald Tramp və Kim Çen In Pxenyanın tərksilah edilməsi barədə razılaşıblar amma görünür bu razılaşma simvolik olub və hissolunan nəticəyə malik deyildir. 

Amerikan ekspertə görə, iki ölkə rəhbərlərinin dünənki görüşü 10 il öncəki müzakirələrin son nöqtəsindən başlamaq idi və irəliyə dorğru mühüm addım hesablanmır. 

Amerika və Şimali Koreya başçılarının rəhbərlərinin dünənki Sinqapur görüşü elə bir şəraitdə idi ki, ABŞ prezidenti gözlənilməz tipə malikdir və son bir il ərzində Amerika beynəlxalq razılaşmalardan birtərəfli qaydada və beynəlxalq təşkilatların mövqelərinə zidd olaraq çıxıb və bunun ən bariz nümunəsi Əhaətli Müştərək Təşəbbüs Proqramıdır. 

Qardian qəzeti Tramp ilə Kimin görüşü barədə belə bir nəticə çıxarır ki, görüş müzakirədən daha çox Amerikanın gözlənilməz prezidenti üçün bir tamaşadır. 

ABŞ prezidenti və Şimali Koreya rəhbərinin Sinqapurda görüşü mediyalar və müxtəlif ölkə başçıları tərəfindən fərqli qarşılanıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap