header

 Ruhani və Makron nüvə sazişi və regional məsələləri müzakirə ediblər

İran İslam Respublikası və Fransa prezidentləri telefon əlaqəsi yaradaraq qarşılıqlı əlaqələri, Əhatəli Müştərək Təşəbbüs Proqarmı ilə əlaqədar regional və beynəlxalq məsələləri müzakirə ediblər.

İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən axşam Fransa prezidenti Emanuel Makron ilə telefon danışığında Avropanın o sıradan da Fransanın ƏMTP-nin mühafizəsi uğrundakı mövqelərindən razılıq ifadə edərək deyib: Bu barədəki çıxışlar və bəyanatlar İranın ƏMTP-nin mənafeyindən faydalanması istiqamətində əməli həll yolları və təşəbbüslərlə müşayiət olunmalıdır. 

İran İslam Respublikası prezidenti bunun üçün zaman məhdudiyyətinin olduğunu və diplomatiyanın bu böyük nailiyyətinin özbaşına hərəkətlər və başqalarının ilqarsızlığı nəticəsində məhv olmasına imkan verilməməsini vurğulayaraq deyib: İran bu razılaşmanın imtiazlarından faydalana bilməyəcəksə, onda qalmaq əməldə imkansız olacaq. 

Ruhani 5 ölkə və Avropa Birliyinin İranla birgə səylərinin uğurlu və effekti olacağına ümidvarlığını bildirib. 

Ruhani həmçinin Suriya məsələsində bu ölkədəki iranlı hərbi məsləhətçilərin fəaliyyətinin bəzi ölkə hərbçilərinin əksinə olaraq Suriya dövlətinin rəsmi istəyi ilə və terrorizm ilə mübarizə məqsədi ilə həyata keçdiyini bildirərək Suriya dövləti və xalqının himayədarlarının müştərək səyləri nəticəsində bu ölkəkəki terrorizmin kökü tezlikə kəsiləcəyi və artıq xarici qüvvələrin fəaliyyətinə ehtiyac qalmayacağına ümidvar olduğunu deyib. 

Bu telefon söhbətində Emanuel Makron da Parisin ƏMTP-yə sadiq olduğunu və onu mühafizə üçün bütün səylərini həyata keçirdiyini təkrar vurğulayaraq İranın bu razılaşmanın mənafeyindən faydalanması üçün bəzi konkret həll yollarından və bir sıra tədbirlərdən xəbər verib.

İran İslam Respublikası və Fransa prezidentləri telefon əlaqəsi yaradaraq qarşılıqlı əlaqələri, Əhatəli Müştərək Təşəbbüs Proqarmı ilə əlaqədar regional və beynəlxalq məsələləri müzakirə ediblər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap