Müsəlman ölkəsindəki iftar Ginesin rekordlar kitabına düşdü - VİDEO
Posted on : Digər sahələr 06/13/2018
Dubayda dünyanın ən uzun iftar süfrəsi təşkil edilib.
İslamazeri.com-un “Gulf News”-a istinadən verdiyi xəbərə əsasən, BƏƏ-in Dubay şəhərində müqəddəs Ramazan ayında ən miqyaslı iftar süfrəsi təşkil edilib. Tədbir dünyanın “ən uzun stolunun” təşkil edilməsinə görə Ginnesin rekordlar kitabına düşüb. Sözügedən süfrənin uzunluğu 6 km olub.
Tədbirin təşkilatçısı Dubay polisi olub. İftar süfrəsi xeyriyyə xarakterli olub. İftarda Hindistan, Şri-Lanka, Pakistan, Çin, Filippin və digər Asiya ölkələrindən olan 12,830 işçi iştirak edib.
Yeməklərin hazırlanması ilə 35 restoran və 500 könüllü məşğul olub. Tədbirə hazırlıq isə ümumilikdə 200 saat vaxt alıb.