header

 İŞİD-in bir gündə öldürdüyü 1700 şiə gəncin qətl fərmanını Səddamın qızı veribmiş - Video

Spayker qətliamı 2014-cü ilin iyun ayının 12-də baş verdi və bir gün sonra Ayətullah Sistani İŞİD-də qarşı cihad fətvası verdi.

İslaminSesi.info xəbər verir ki, Spayker qətliamı 2014-cü ilin 12 iyun tarixində İraqın Səlahəddin əyalətinin Tikrit şəhərində İŞİD və onunla müttfiq olan yerli sakinlər tərəfindən həyata keçirilib.

 

İyun ayının əvvəlindən başlayaraq, İŞİD Nineva əyaləti, onun mərkəzi Mosulu, Səlahəddin əyaləti və onun mərkəzi Tikriti zəbt etməyə başladı.

 

2014-cü ilin iyun ayının 13-də Tikrit şəhərində yerləşən İraq Hava Qüvvələrinin Akademiyası (digər adı Spayker) İŞİD və onunla müttəfiq olan yerli qüvvələr tərəfindən mühasirə edilir və akademiyanın 1700 kursantı iki gün ərzində şəhərin müxtəlif bölgələrində müxtəlif formalarda edam edilir. O cümlədən yüzlərlə kursant Dəclə çayının sahilində güllələnərək suya atılır.

 

İŞİD bu cinayəti törədən zaman kursantları şiələr yaşayan bölgələrdən olması ilə seçirdi.

 

İraqlılar hər il bu günü matəm günü kimi qeyd edirlər. Cinayətin qurbanlarının yaxınları hər il bu günü Dəclə çayının kənarındakı "qətligaha gələrək öz şəhid övladlarını anırlar.

 

Картинки по запросу ‫رغد صدام حسين‬‎

 

Qeyd edək ki, Tikrit azad edildikdən sonra Spayker qətliamını birbaşa trədənlərindən bir neçəsi ələ keçdi.  Bu İŞİD-çilər Tikritin yerli sakinləri idilər. Onlar şiə bölgələrindən olan kursantların öldürülməsi əmrinin xaricdən bir qadın tərəfindən verildiyini bildirdilər. Onlar bu qadının sabiq diktator Səddam Hüseynin İordaniyada yaşayan qızı Rəğad Səddamın olduğunu iddia edirdilər. İraq hökuməti bu şəxsin təhvil verilməsi üçün İordaniya qarşısında bir sıra tələblər sürsə də səmərəsiz qalıb.

Spayker qətliamı 2014-cü ilin iyun ayının 12-də baş verdi və bir gün sonra Ayətullah Sistani İŞİD-də qarşı cihad fətvası verdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap