header

 HƏDİSLƏR AYNASINDA MÜBARƏK RAMAZAN AYININ FƏZİLƏTİ-12 HƏDİS

Xoş o kəslərin halına ki, bərəkət, məğfirət və ...

Mübarək Ramazan ayı, həqiqətdə, varlığımızın günahlardan paklanması üçün Rəbbimizin bizə əta etdiyi ən böyük nemətlərindən biridir. Odur ki, hər bir kəs səhvini, xətasını və günahını yumaq üçün bu qızıl fürsəti qaçırmamalı, ondan layiqincə bəhrələnməlidir. Xoş o kəslərin halına ki, bərəkət, məğfirət və rəhmət dolu bu ayın hər anını qənimət bilir, məğfirət yolunda ondan bəhrələnməyi bacarır.

1. Peyğəmbəri-Əkrəm (s) buyurur:

شَهرُ رَمَضانَ شَهرُ اللّه عَزَّوَجَلَّ وَ هُوَ شَهرٌ یُضاعِفُ اللّه‏ُ فیهِ الحَسَناتِ وَ یَمحو فیهِ السَّیِّئاتِ وَ هُوَ شَهرُ البَرَكَةِ؛

“Ramazan ayı Allah-Taalanın ayıdır; elə bir aydır ki, Allah-Taala həmin ayda yaxşılıqları (və onun savabını) artırır, günahları isə paklayır. Ramazan ayı bərəkət ayıdır.” (“Biharul-ənvar”, 96-cı cild, səh. 340, hədis 5.)

2. Peyğəmbəri-Əkrəm (s) buyurur:

هُوَ )شَهْرُ رَمَضانَ( شَهْرٌ اَوَّلَهُ رَحْمَةٌ وَاَوْسَطُهُ مَغْفِرَةٌ وَآخَرهُ عِتْقٌ مِنَ النَّار؛

“Ramazan ayı bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət (bağışlanma), sonu isə cəhənnəm odundan qurtuluşdur.” (“Biharul-ənvar”, 93-cü cild, səh.342.)

3. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ اَبْوابَ السَّماءِ تُفْتَحُ فی اَوَّلِ لَیْلَةٍ مِنْ شَهْرِ رَمَضانِ وَ لا تُغْلَقُ اِلی آخِرِ لَیْلَةٍ مِنْهُ؛

“Ramazan ayının birinci gecəsi səma qapıları açılar və onun son gecəsinə qədər bağlanmaz.” (“Biharul-ənvar”, 93-cü cild, səh.344.)

4. Peyğəmbəri-Əkrəm (s) buyurur:

لَوْ يَعْلَمُ الْعَبْدُ مَا فِي رَمَضَانَ لَوَدَّ أَنْ يَكُونَ رَمَضَانُ السَّنَة؛

“Əgər bəndə Ramazan ayında nələr qoyulduğunu bilsəydi, bütün ilin Ramazan ayı olduğunu arzulayardı!” (“Biharul-ənvar”, 93-cü cild, səh.346.)

5. Peyğəmbəri-Əkrəm (s) buyurur:

ومَن تَلا فیهِ آیَةً مِنَ القُرآنِ کانَ لَهُ مِثلُ أجرِ مَن خَتَمَ القُرآنَ فی غَیرِهِ مِنَ الشُّهورِ؛

“Ramazan ayında Qurandan bir ayə oxuyan şəxs başqa aylarda bütöv Quranı oxuyan şəxsin savabını qazanar.” (“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)

6. İmam Baqir (ə) buyurur:

لِکُلِّ شَیْ‌ءٍ رَبِیعٌ وَ رَبِیعُ الْقُرْآنِ شَهْرُ رَمَضَان؛

“Hər bir şeyin baharı var və Quranın baharı Ramazan ayıdır.” (“Əl-kafi”, 2-ci cild, səh.630.)

7. İmam Sadiqdən (ə) soruşdular:

كَيْفَ تَكُونُ لَيْلَةُ الْقَدْرِ خَيْراً مِنْ أَلْفِ شَهْرٍ؟

“Qədr gecəsinin min aydan üstün və xeyirli olmasında məqsəd nədir?”

Həzrət buyurdu:

الْعَمَلُ الصَّالِحُ فِيهَا خَيْرٌ مِنَ الْعَمَلِ فِي أَلْفِ شَهْرٍ لَيْسَ فِيهَا لَيْلَةُ الْقَدْر؛

“Həmin gecə yerinə yetirilən bir yaxşı əməlin savabı “Qədr gecəsi” olmayan min ayda yerinə yetirilən əməldən üstündür.” (Vəsailuş-şiə”, 7-ci cild, səh.256, hədis 2.)

8. Peyğəmbəri-Əkrəm (s) buyurur:

إنَّ الجَنَّةَ مُشْتَاقَةٌ إلى أرْبَعَةِ نَفَر: إلى مُطْعِمٍ الجَیعانِ وَ حَافِظِ اللِّسَانِ وَ تَالِی الْقُرآنِ وَ صَائِم شَهْر رَمَضَانَ؛

“Həqiqətən, behişt dörd zümrənin müştaqıdır: 1. Acı doyuranın; 2. Öz dilini qoruyanın; 3. Quran tilavət edənin; 4. Ramazan ayında oruc tutanın.” (“Müstədrəkül-vəsail”, 7-ci cild, səh.400.)

9. Peyğəmbəri-Əkrəm (s) buyurur:

مَنْ صامَ شَهْرَ رَمَضانَ فَاجْتَنَبَ فیه الْحَرامَ وَالْبُهْتانَ رَضِىَ اللَّهُ عَنْهُ وَاَوْجَبَ لَهُ الْجِنانَ؛

“Allah-Taala Ramazan ayının orucunu tutub haram işlər və böhtandan çəkinən şəxsdən razı olar və behişti ona vacib edər.” (“Biharul-ənvar”, 93-cü cild, səh.346.)

10. Əmirəlmöminin Əli (ə) buyurur ki, Peyğəmbəri-Əkrəmdən (s) soruşdum:

یا رَسولَ اللّه، ما أفضَلُ الأَعمالِ فی هذا الشَّهرِ؟

“Ey Allahın Rəsulu! Ramazan ayında ən fəzilətli əməl nədir?”

Həzrət buyurdu:

یا أبَا الحَسَنِ، أفضَلُ الأَعمالِ فی هذَا الشَّهرِ الوَرَعُ عَن مَحارِمِ اللّه ِعز و جل

“Ey Əbülhəsən! Ramazan ayında ən fəzilətli əməl Allah-Talanın haram buyurduqlarından çəkinməkdir.” (“Üyunu əxbarir-Riza (ə)”, Şeyx Səduq, 1-ci cild, səh.230.)

11. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ لِلجَنَّةِ بابا يُدعى اَلرَّيّانَ لايَدخُلُ مِنهُ اِلاّ الصّائِمونَ؛

“Behiştin “Rəyyan” adlı bir qapısı var ki, o qapıdan yalnız oruc tutanlar daxil olacaqlar.” (“Məanil-əxbar”, səh.409, hədis 90.)

12. İmam Hadi (ə) buyurur:

فَرَضَ اللّه تَعالی الصَّوْمَ لِیَجِدَ الْغَنِیُّ مَسَّ الْجُوع لِیَحْنُو عَلَی الْفَقِیرِ؛

“Allah-Taala orucu vacib etmişdir ki, sərvətli aclığı dadsın və bundan sonra yoxsula qayğı göstərsin.” Elə bu məzmuna oxşar bir hədisdə imam Sadiq (ə) buyurur:

اِنَّما فَرَضَ اللَّهُ الصِّیامَ لِیَسْتَوِىَ بِهِ الْغَنِىُّ وَالْفَقیرُ

“Allah-Taala orucu vacib etmişdir ki, sərvətli ilə yoxsul bərabərləşsinlər.” (“Mən la yəhzuruhul-fəqih”, 2-ci cild, səh.43, hədis 1.)

Rza Şükürlü (Maide.az)

Xoş o kəslərin halına ki, bərəkət, məğfirət və ...
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap