Ərəbistan Yəmənin raket potensialını etiraf etdi
Posted on : Digər sahələr 06/12/2018
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiyanın sözçüsü Yəməndən Ərəbistana doğru 149 raketin atılmasına işarə edərək, yəmənlilərin raket potensialını etiraf edib.
İRNA-nın məlumatına görə, Ərəbistanın başçılıq etdiyi koalisiyanın sözçüsü Turki Maliki Yəmənin raket potensialına işarə edərək, bu məsələnin təcavüzkar qüvvələrin bütün hesablamalarını alt-üst etdiyini etiraf edib və təcavüzkarların regionda daha bir məğlubiyyət ilə üzləşməsi təhlükəsi qarşısında olduqlarını deyib.
Türki Maliki bundan öncə də Ərəbistan qırıcılarının Yəməndə vurulmasına işarə edərək, yəmənli qüvvələrin bu bacarığı qarşısındakı təəccübünü gizlədə bilməmişdi.
Ərəbistanın hərbi məsələlər üzrə eksperti Abdullah Ğanim Əl-Qəhtani də bundan öncə Yəmənin Ənsarullah hərəkatının müdafiə qüdrətinin artmasından təəccübləndiyini bildirib və deyib: Ərəb koalisiyası son zamanlar başa düşüb ki, yəmənli qüvvələr hazırda müharibənin başlandığı dövr ilə müqayisədə daha güclüdürlər və daha müasir hərbi gücə yiyələniblər.