header

 Xəyanətkar ərəb başçıları Qüdsü İsrailə təslim etmək istəyirlər

Bəzi ərəb ölkələrinin xəyanətkar başçıları öz pulları ilə Fələstinlilərin evləri və daşınmaz əmlakını yüksək məbləğə satın alaraq, sionistlərə təhvil vermək, bununla da Qüdsün yəhudiləşdirilməsi prosesinin təkmilləşdirilməsi və bu şəhərin İsrailin tam nəzarəti altına keçməsini istəyirlər.

Bəzi ərəb ölkələri o cümlədən Birləşmiş Ərəb Əmirlikləri Qüds şəhərinin sionistlərə təhvil verilməsi və fələstinlilərin bu şəhərdən köçürülməsi məqsədi ilə fələstinlilərə aid evləri və digər daşınmaz əmlakı satın almaq, daha sonra bu əmlakı İsrail rejiminə təhvil verməklə Qüdsün işğalını təkmilləşdirməyə çalışırlar. Bu isə fələstinlilər arasında ciddi narahatlığa səbəb olub.

“Bir nəfər ev telefonuma zəng edərək, özünü Məhəmməd bin Zaidə yaxın bir iş adamı olaraq təqdim etdi. O, mənzilim üçün mənə 5 milyon dollar ödəməyə hazır olduğunu söylədi.”

 Kəmal Əlxətib işğal edilmiş Fələstində yaşayan islamçılardan biridir. O, bəzi ölkələrin xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinin işğal edilmiş Qüds şəhərində fələstinlilərə aid evləri və digər daşınmaz əmlakı satın almaqla məşğul olduqlarını ifşa edib. Daha sonra fələstinlilərdən satın alınan bu əmlak İsrail rejiminə təhvil verilir. Buna görə də, fələstinli qruplar bu ciddi təhlükə barədə xəbərdarlıq edərək, Qüdsdə yaşayan fələstinlilərə dəstək verilməsini istəyiblər: “Qüdsdə daşınmaz əmlakın şəxslər, qrumlar və ya ölkələr tərəfindən sionistlərə satılması təhlükəli və milli cinayət sayılır. Bu, Fələstin və Qüds məsələsinin birdəfəlik olaraq məhv edilməsi deməkdir.”

Fələstinli qruplar isə bu gün Ərəb rejimlərinin Fələstin və Qüds məsələsinə xəyanətinin hər zaman olduğundan daha aşkar hal aldığını bildiriblər. Bu ərəb rejimləri Qüds şəhərini sionistlərin ixtiyarına vermək və fələstinliləri təslim olmağa məcbur etmək istəyirlər: “Fələstinlilərə məxsus daşınmaz əmlakın sionistlərə təhvil verilməsi üçün xərclənən pullar Ərəb və İslam Ümmətinə xəyanətdir. Birləşmiş Ərəb Əmirlikləri İsrail ilə əlaqələrin normallaşdırılması prosesini durdurmalıdır.”

Fələstinlilər artıq başa düşüblər ki, Əl-Əqsa məscidini təhdid edən təhlükə sadəcə sionistlər ilə məhdudlaşmır. Bəzi Ərəb ölkələrinin xəyanətkar başçıları da bu yolda sionistlərin xeyrinə pul xərcləməkdən çəkinmirlər. Bu gün Qüds sionistlər və xəyanətkar Ərəb başçılarının birgə fitnəsinə tuş gəlib.  

Bəzi ərəb ölkələrinin xəyanətkar başçıları öz pulları ilə Fələstinlilərin evləri və daşınmaz əmlakını yüksək məbləğə satın alaraq, sionistlərə təhvil vermək, bununla da Qüdsün yəhudiləşdirilməsi prosesinin təkmilləşdirilməsi və bu şəhərin İsrailin tam nəzarəti altına keçməsini istəyirlər.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap