header

 İrandan PKK və İŞİD-ə zərbə - FOTO

İran İslam İnqilabının Keşikçilər Korpusu və İran Təhlükəsizlik nazirliyi terror qruplaşmalarına zərbə endiriblər

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İran Təhlükəsizlik və Kəşfiyyat nazirliyi tərəfindən verilən açıqlamaya görə, Ramazan ayında, xüsusilə Qədr gecələrində partlayış və terror aktları törətmək istəyən qruplaşma məhv edilib.

Məlumata görə, terrorçular sosial şəbəkələr vasitəsilə İran xalqını hücum və terrorla təhdid etdikdən sonra, xüsusi təyinatlı qrup yaradılmış və terrorçuların yerini təsbit etmişlər.

Əməliyyat zamanıonlarla  İŞİD terrorçusu zərərsizləşdirilib və onlardan müxtəlif partlayıcı qurğular, partlayıcı maddələr, silah-sursat və İŞİD terror qruplaşmasına aid bayraq və təbliğat vasitələri götürülüb.

Digər açıqlamanı isə İran İslam İnqilabının Keşikçilər Korpusu yayıb. Onlar PKK terror qruplaşmasına bağlı qrupların bəzi media vasitələrilə yaydıqları xəbərləri təkzib ediblər.

"Son günlərdə çirkin məqsədlərinə çatmayan və böyük bir məğlubiyyətə uğrayan beynəlxalq imperializmin muzdlu əsgərləri narahatlıq içindədirlər. İslam İnqilabına qarşı olan terror qruplaşmalar, ağalarını sevindirib, cani terrorçulara ruh yüksəkliyi yaşatmaq üçün öncədən hazırladıqları yalan xəbərlərini dezinformasiya məqsədli yayımlayıblar", -deyə İslam İnqilabı Korpusunun İran mediası vasitəsilə yaydığı bəyanatın bir hissəsində deyilir.

Məlumatın davamında qeyd edilir ki, PKK-ya bağlı terrorçulara qarşı son bir neçə gün içində keçirilən əməliyyat zamanı 3 kiçik qrup məhv edilib, 13 terrorçu isə zərərsizləşdirilmişdir. 

Qeyd edək ki, bəzzi Kürd KİV İranın 27 əsgərinin PKK-ya bağlı qruplaşmalar tərəfindən sərhəddə öldürüldüyünü yaymışdılar.

İran İslam İnqilabının Keşikçilər Korpusu və İran Təhlükəsizlik nazirliyi terror qruplaşmalarına zərbə endiriblər
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap