header

 Bu gün dahi İslam mütəfəkkiri Mürtəza Mütəhhərinin doğum günüdür

Mürtəza Mütəhhəri 1920-ci ildə fevralın 2-si Xorasan vilayətinin Fəriman kəndində ruhani ailəsində dünyaya gəlib

Onun atası şeyx Məhəmmədhüseyn Mütəhhəri dövrünün savadlı və təqvalı ruhanisi olub. Mürtəza Mütəhhəri doğulduğu qəsəbədə ilkin təhsilini alsa da, 12 yaşında Məşhəd şəhərinə gələrək mədrəsə təhsili almağa başlayır. 4 il Məşhəddə təhsil aldıqdan sonra gələcəyin böyük ustadı elm ardınca dövrün böyük İslam elmi hövzəsi olan Qum şəhərinə yollanır.

M.Mütəhhəri Qumda 15 il İslam elmlərini öyrənir. Bu müddətdə o, ayətullah Təbatəbai Burucerdi,ayətullah Xomeyni, əllamə Təbatəbai Təbrizi, Seyyid Muhəmməd Hüccət, Seyyid Sədrəddin Sədr, Seyyid Muhəmmədtəqi Hənsari kimi böyük alimlərdən dərs alır. Onun təhsil aldığı elmlərin siyahısı isə çox zəngin idi. Ayətullah Xomeynidən fiqh və üsul, Burucerdidən Molla Sədra fəlsəfəsini, əxlaq, üsul və ilahiyyat, ibn Sina təbabətini və digər mühüm İslam elmlərini isə Məhəmmədhüseyn Təbatəbaidən öyrəndi. Bundan başqa, dövrün böyük irfan ustadı Ayətullah Mirzə Əli Şirazidən irfan dərslərini aldı. M.Mütəhhəri Qumda təhsillə yanaşı, ictimai işlərdə də fəallıq göstərir, şah əleyhinə fəaliyyət göstərən təşkilatla əməkdaşlıq edirdi.

1952-ci ildə ustad Mürtəza Mütəhhəri təhsilini başa vuraraq Tehrana gəlir. Bu zaman o, artıq dövrünün savadlı ruhanilərindən biri idi. Tehranda olduğu müddətdə M.Mütəhhəri həm elmi tədqiqatla məşğul olur, fəlsəfi, elmi mövzuda əsərlər yazır, həm də müsəlmanlar qarşısında müxtəlif dini, elmi mövzularda çıxışlar edirdi. 1955-ci ildən başlayaraq "Tələbə İslam Cəmiyyəti"ndə təfsir dərsləri verir, daha sonra isə Tehran Universitetinin İlahiyyat fakültəsində müəllim kimi fəaliyyətə başlayır. 1959-cu ildə isə Mütəhhəri "Müsəlman Təbiblər Cəmiyyəti"nə vaiz kimi dəvət olunur.

Ustad Mütəhhəri həm də İslami vəhdət ideyasının ən fəal təbliğatçılarından biri idi. Onun Fələstin, Qüdsün azad olunması mövzusundakı çıxışları bu gün də aktuallığını qoruyub saxlayır. Məhz İsrail əleyhinə sərt çıxışlarına görə şah hökuməti M.Mütəhhərini həbs etdirdi. Amma bütün bu təzyiq və təqiblər Mütəhhərini başladığı mübarizədən kənarlaşdıra bilmədi. Nəhayət şah hökuməti ən sonuncu vasitəyə əl atdı: Mütəhhərinin insanlar qarşısında çıxış etməsi yasaqlandı. Bundan sonrakı dövrdə o, kütlə qarşısında çıxış edə bilmirdi.

Mürtəza Mütəhhərinin bu gün dəfələrlə dünyanın müxtəlif dillərinə tərcümə olunmuş onlarca kitabı qalıb.Onun əsərləri yaşından, elmi səviyyəsindən asılı olmayaraq hər bir kəsdə maraq doğurur. Bu əsərlərin mövzusu isə çox zəngindir. Şəhid Mütəhhərinin "Maddəçiliyə yönəlmənin səbəbləri", "Marksizmə bir tənqid", "İnsan və müqəddəratı", "İslami elmlərlə tanışlıq", "Nəhcül Bəlağəyə bir baxış", "İlahi ədalət", "İmamət və rəhbərlik", "İslam və zamanın tələbləri", "Cihad", "Doğruların hekayəsi", "Peyğəmbərin (s) davranışlarına bir baxış", "Nübuvvətin sonu", "İslam elmlərilə tanışlıq", "Quranla tanışlıq", "Son yüz ilin İslam hərəkatlarının xülasə təhlili", "İslam inqilabı haqqında", "İslam cümhuriyyəti haqqında", "Hicab", "İslamda qadın hüququ", "İnsanın ictimai inkişafı", "Məsum imamların əxlaqına bir baxış", "Kamil insan", "İslam iqtisadiyyatı sisteminə bir baxış", "Tarix fəlsəfəsi", "Tövhid", "Nübuvvət", "Məad" və digər əsərləri dünyanın müxtəlif dillərinə, tərcümə olunaraq yayılıb. Adlarından göründüyü kimi əsərlər həm dini, həm də dünyəvi mövzuları əhatə edir. Bu əsərlərdə Mütəhhəri zamanın yaratdığı suallara İslam məntiqi və müasir elmin nailiyyətləri ilə müqayisəli məntiqi cavablar verir.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars

Starts: 10/16/2017 12:59:37 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
SiteMap