header

 Ruhani Trampla KXDR formatı əsasında görüşməyəcək

İran prezidenti Həsən Ruhani ilə amerikalı həmkarı Donald Тramp arasında KXDR lideri ilə görüş formatında sammitin baş tutması mümkün deyil.

FaktXəbər bildirir ki, bu sözləri "RİA Novosti"yə müsahibəsində İran parlamentinin milli təhlükəsizlik komitəsinin sədri Hüseyn Nəqəvi Hüseyni deyib.

"ABŞ özü İranla əlaqələri kəsdi, nüvə sazişindən çıxdı və Tehrana qarşı sanksiyalar tətbiq etdi. Hesab edirəm ki, Ruhani və Tramp arasında ABŞ və KXDR prezidentləri formatında görüşün keçirilməsi mümkün deyil və bu, baş verməyəcək də",-deyə İran parlamentinin komitə sədri əlavə edib.

Hüseyn Nəqəvi Hüseyni həmçinin KXDR rəhbərliyini ABŞ hakimiyyəti ilə danışıqlarda diqqətli olmağa çağırıb: "Şimali Koreya ABŞ-la diqqətli olmalıdır, çünki onlar öz vədlərini tutmurlar, ən böyük sübut onların nüvə sazişindən çıxmaqlarıdır. Vaşinqton beynəlxalq sazişin əldə olunması və uzun sürən danışıqlardan sonra ondan çıxdı".

İran prezidenti Həsən Ruhani ilə amerikalı həmkarı Donald Тramp arasında KXDR lideri ilə görüş formatında sammitin baş tutması mümkün deyil.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap