header

 Tramp və Kim Çen Inın yekun sənədlərinin mətni bəlli oldu- FOTO

Sinqapurda ABŞ lideri Donald Trampla KXDR rəhbəri Kim Çen In arasında tarixi görüş baş tutub. Müzakirələrdən sonra hər iki siyasətçi 4 maddəlik sənəd imzalayıblar.

FaktXeber.com-un verdiyi məlumata görə, BBS həmin  razılığın mətnini açıqlayıb.

Ümumilikdə ABŞ prezidenti tərəfindən Şimali Koreyaya, onun ərazi bütövlüyünə təhlükəsizlik zəmanəti verilib. KXDR lideri öz növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi kursunu dəstəkləyəcəyini təmin edib.

Birinci maddədə iki ölkə arasında  yeni münasibətlərə təşəbbüs və hazırlıq cəhdləri qeyd olunub.

İkinci maddədə Vaşinqton və Pxenyan yarımadada sülh şəraitinin qorunması üçün birgə səy göstərəcəklərini vurğulayıb.

Üçüncü maddədə  Kim Çen Inın simasında Şimali Koreya tərəfi  bütün Koreyada tam nüvəsizləşdirmə məsuliyyətini öz üzərinə götürür.

Dördüncü maddədə isə KXDR və Birləşmiş Ştatlar hərbi  əsirlərin qalıqlarının axtarılması üzrə hərbi könüllülərin işi ilə bağlı vəzifələrdə məsuliyyəti üzərlərinə götürürlər. İdenfikasiyadan sonra qalıqlar dərhal vətənlərinə qaytarılacaq.

Sinqapurda ABŞ lideri Donald Trampla KXDR rəhbəri Kim Çen In arasında tarixi görüş baş tutub. Müzakirələrdən sonra hər iki siyasətçi 4 maddəlik sənəd imzalayıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-12-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap