Tramp və Kim Çen Inın yekun sənədlərinin mətni bəlli oldu- FOTO
Posted on : Digər sahələr 06/12/2018
Sinqapurda ABŞ lideri Donald Trampla KXDR rəhbəri Kim Çen In arasında tarixi görüş baş tutub. Müzakirələrdən sonra hər iki siyasətçi 4 maddəlik sənəd imzalayıblar.
FaktXeber.com-un verdiyi məlumata görə, BBS həmin razılığın mətnini açıqlayıb.
Ümumilikdə ABŞ prezidenti tərəfindən Şimali Koreyaya, onun ərazi bütövlüyünə təhlükəsizlik zəmanəti verilib. KXDR lideri öz növbəsində Koreya yarımadasının nüvəsizləşdirilməsi kursunu dəstəkləyəcəyini təmin edib.
Birinci maddədə iki ölkə arasında yeni münasibətlərə təşəbbüs və hazırlıq cəhdləri qeyd olunub.
İkinci maddədə Vaşinqton və Pxenyan yarımadada sülh şəraitinin qorunması üçün birgə səy göstərəcəklərini vurğulayıb.
Üçüncü maddədə Kim Çen Inın simasında Şimali Koreya tərəfi bütün Koreyada tam nüvəsizləşdirmə məsuliyyətini öz üzərinə götürür.
Dördüncü maddədə isə KXDR və Birləşmiş Ştatlar hərbi əsirlərin qalıqlarının axtarılması üzrə hərbi könüllülərin işi ilə bağlı vəzifələrdə məsuliyyəti üzərlərinə götürürlər. İdenfikasiyadan sonra qalıqlar dərhal vətənlərinə qaytarılacaq.