İŞİD İdlibdə 3 nəfəri edam etdi - Foto (18+)
Posted on : Digər sahələr 06/11/2018
Suriyanın şimalında yerləşən İdlib vilayətində terrorçu qruplaşmaların bir-biriləri ilə toqquşmaları davam edir
İŞİD terrorçularına məxsus “Amaq” xəbər agentliyi ötən şənbə günü İdlib vilayətində “Nusra Cəbhəsi”, yeni adı “Həyat Təhrir əş-Şam”ın 3 üzvünü edam edib.
Məlumata əsasən, İŞİD terrorçularının “Nusra Cəbhəsi” terrorçularını edam etməsinə səbəb adı çəkilən təşkilat üzvlərinin İŞİD-in Səlkin şəhərindəki gizli bazasına basqın etməsi olub.
Xatırladaq ki, bu, İŞİD terrorçularının İdlib vilayətində “Nusra Cəbhəsi” üzvlərini nümayişkaranə şəkildə ilk edam aktıdır. Qeyd edək ki, iyunun 9-da İŞİD terrorçuları 10 “Nusra Cəbhəsi” üzvünü əsir götürdüyü barədə məlumat yaymışdı.
Mənbə: eastnews