header

 İsrail HƏMAS və “Hizbullah”-dan BMT-yə şikayət etdi

İsrail rejimi BMT TŞ-yə şikayət məktubu ilə müraciət edib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, İsrail rejimi BMT Təhlükəsizlik Şurasına (TŞ) məktub göndərərək, HƏMAS və “Hizbullah” təşkilatları arasındakı hərbi münasibətlərdən şikayət edib.

Məktubda Livanın “Hizbullah” hərəkatının addımları barədə xüsusi məlumat vurğulanır və İsrail rejimi iddia edir ki, adıçəkilən hərəkat Livan ərazisində HƏMAS döyüşçülərinin hazırlaşdırılması üçün düşərgələr təşkil edib.

Həmçinin iddia edilir ki, HƏMAS və “Hizbullah” arasındakı qarşılıqlı münasibətlərin məqsədi HƏMAS üçün Livanda universal hərbi sistemin yaradılmasıdır. Həmin sistem özündə raket emalatxanalarının tikintisi layihəsini ehtiva edir. Layihə çərçivəsində minlərlə fələstinli döyüşçü lazımi hazırlıqları keçə biləcəklər.

Qeyd edilir ki, İsrail HƏMAS-ın Livandakı hərbi mövcudiyyətinə, İran və “Hizbullah”-ın Suriyadakı hərbi mövcudiyyətinə yanaşdığı kimi yanaşacaq: hərbi və siyasi metodlarla.

İsrail rejimi məktubda öz “qırmızı xətlərini” də açıqlayıb. Həmin xətəlrdən biri də HƏMAS-ın siyasi bürosunun sədr müavini Salih ər-Aruri kimi “təhlükəli” şəxsiyyətlərin Livana buraxılmasının qarşısının alınmasıdır.

İsrail rejimi BMT TŞ-yə şikayət məktubu ilə müraciət edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap