header

 Sionist rejimin bu gün etdiyi zülmü tarix boyu heç bir zalım törətməyib

uşaq qatilləri özünü dünyaya `əzilmiş xalq` kimi təqdim edir

"İranın Fələstin probleminin həlli üçün təqdim etdiyi çıxış yolu fələstinlilər arasında demokratiya əsasında referendumun keçirilməsidir"
 
Madie.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, sözlərini Ali Rəhbər Ayətullah Xamenei bu gün universitet müəllimləri ilə keçirdiyi görüşdəki çıxışı zamanı deyib. 
 
Ayətullah Xamenei hələ 60-cı illərdə Misirin 3-c prezidenti və baş naziri olmuş  Camal Əbdül Nasirin yəhudiləri dənizə tökmək barədə şüarını misal gətirərək qeyd edib ki,  İslam Respublikası  bütün məsələlərdə sülh siyasətinə üstünlük verir və məntiqli davranır. “Fələstin probleminin başladığı dövrdən biz layihə təqdim etmişik. Demişik ki, sivil dünyada demokratik əsaslarla qəbul olunmuş metodlar əsasında problem həllini tapmalıdır.  Fələstinin taleyini müəyyənləşdirmək xalqın öhdəsində olmalıdır.  Məgər bu pis təklifdirmi? Bu layihə BMT-də İslam Respublikasının adına da qeydə alınıb.” 
 
Ayətullah Xamenei bildirib ki, tarixi Fələstin ölkəsinin taleyini müəyyənləşdirmək üçün həqiqi fələstinlilər - 80-100 il öncə bu torpaqlarda  yaşayan müsəlman, yəhudi və xristianlar arasında referendum keçirilməli, onların qəbul etdiyi qərar rəsmi qəbul olunmalıdır. “Bizim təklifmiz budur, lakin Avropalılar bunu anlamaq istəmirlər?! Zəmanənin Şimri, işğalçı rejimin uşaq qatili olan baş naziri Avropaya gedir, orda özünü "məzlum" kimi təqdim edir. Guya İranın yəhudiləri məhv etmək istədiyini bildirir.  Avropalılar isə bir dəfədə olsun demir ki, siz hazırda Qəzza və Qüdsdə  böyük cinayətlər törədirsiz.  Odur ki, bir daha qeyd edirəm , bunlar sözün həqiqi mənasında zəmanın Şimridir ki, etdikləri zülmü tarix boyu heç bir zalim, törətməyib.”
 
Ayətullah Xamenei onu da əlavə edib ki,  İran yenidən sülh təklifini səsləndirən kimi , sionist rejimin rəhbərliyi – zalım uşaq qatilləri  dünyaya özünü “əzilmiş xalq” kimi təqdim edərək İranı bir neçə milyon nəfəri öldürməkdə ittiham edir. Halbuki bu xəbis və zalım rejim Fələstində hər gün dünyanın gözü qarşısında qətliamlar törədir. 
 
uşaq qatilləri özünü dünyaya `əzilmiş xalq` kimi təqdim edir
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap