Ağ Ev: Kanadanın baş naziri üçün Cəhənnəmdə yer hazırdır
Posted on : Digər sahələr 06/11/2018
Donald Trampla münasibətdə qeyri-səmimi olan xarici liderlər üçün cəhənnəmdə yer hazırdır.
FaktXeber.com-un RİA Novosti-yə istinadla verdiyi məlumatına görə, Ağ Ev Milli Şurasının ticarəi məsələlər üzrə direktoru Piter Navarro belə bəyan edib.
Onun sözlərinə görə, bu ona arxadan zərbə endirməyə cəhd edən hər bir dövlət başçısına aiddir.
Xatırladaq ki, bir gün öncə Ağ Evin müşaviri Lourens Kadlou bəyan edib ki, Kanadanın baş naziri Castin Trüdo ABŞ-a arxadan bıçaqla zərbə endirib. Kadlou əlavə edib ki, yaranmış vəziyyətdə Trampın Kanadada keçirilən G7 sammitində yekun kommunükeni imzalamamaqdan başqa çarəsi olmayıb.
Kanadanın baş naziri Castin Trüdo şənbə günü bu ölkənin Kvebek ştatında keçirilən G7 sammitidən sonra keçirilən mətbuat konfransında bildirib ki, Amerika prezidenti Donald Trampa ədalətsiz rüsumlar tətbiq etməyi davam etdirəcəyi təqdirdə, Kanadanın da dərhal cavab addımları atacaq. Trüdonun bu təhdidi Vaşinqtonun Amerikaya polad və alüminium idxalına ağır rüsumlar tətbiq etməsinə cavab olaraq edilib