header

 Sionistlər məqsədyönlü şəkildə həkim heyətini hədəfə alırlar

Fələstin səhiyyə nazirliyi bildirib ki, sionist qüvvələr Qəzzə zolağında həkim heyətinə qarşı planlaşdırılmış terror hərəkətləri edir və məqsədyönlü şəkildə həkim heyətini hədəfə alırlar.

Qəzzə zolağında Fələstin səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əlqədrə bildirib ki, indiyədək həkim heyətindən olan iki nəfər "Qayıdış haqqı" aksiyasının yaralılarına yardım zamanı sionist hərbçilər tərəfindən şəhid edilib və 230 nəfər də yaralanıbdır.

Qəzzə zolağında Fələstin səhiyyə nazirliyinin sözçüsü əlavə edib: Həmçinin həkim heyətinin "Qayıdış haqqı" aksiyasındakı dinc fəaliyyətləri zamanı 40 təcili yardım maşını sionist hərbçilər tərəfindən hədəfə alınıbdır.

Son zamanlar da Qəzzə zolağında "Qayıdış haqqı" aksiyasının iştirakçılarına yardım etməkdə olan fələstinli tibb bacısı Rəzan Əlnəccar sionist hərbçilərin atəşi ilə şəhid edilibdir.

Fələstin səhiyyə nazirliyi bildirib ki, sionist qüvvələr Qəzzə zolağında həkim heyətinə qarşı planlaşdırılmış terror hərəkətləri edir və məqsədyönlü şəkildə həkim heyətini hədəfə alırlar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap