header

 Hizbullah və İran qoşunları Suriyanın cənubuna qayıdıblar - İDDİA

Bu iddia Rusiya Ordusu tərəfindən nə təsdiq, nə də təkzib olunmayıb.

İslamazeri.com xəbər verir ki, Amerikanın  The Wall Street Journal  portalının iddiasına görə, İranın İnqilab Keşikçiləri Korpusu və Livan Hizbullahının döyüşçüləri Suriyanın cənubuna qayıdıblar.

İddiaya görə, döyüşçülər bu dəfə öz formalarını Suriya Ordusunun hərbi paltarlarına dəyişərək Suriyanın cənub-qərbinə; Quneytra və Daraa əyalətinə cəm olublar. 

WSJ yazır ki, Suriyaya müxalif qruplaşmaların açıqlamalarına görə, İranın İnqilab Keşikçiləri Korpusu və Livan Hizbullahının döyüşçüləri yenidən Suriya Ordusunun uniformalarında, özlərinə aid güclü silah-sursat və hərbi təczihatla bu postlara yığılıblar.

Suriya müxaliflərindən olan qruplaşma komandiri Əhməd Azzam bu məsələ ilə bağlı "Onların raketləri, silah sursatı və yeni təczihatı var.", -deyə bildirib.

Amerikan yayımı Rusiyanın İsraillə razılığına əsasən İran və Livan Hizbullahına aid döyüşçülərin burdan getməsinə söz verdiyini, lakin oların "Əsəd əsgərləri" kimi müxaliflərinə qarşı döyüşəcəyi qeyd olunur.

Bu iddia Rusiya Ordusu tərəfindən nə təsdiq, nə də təkzib olunmayıb.

Bu arada Ərəb "Aljamahiria" qəzeti isə yazıb ki, Livan Hizbullahı Livanda HƏMAS - fələstin döyüşçülərinin yeni ordusunu qurur. Qəzetin iddiasına görə, Hizbullah İsraillə müharibədə dünyanın müxtəlif yerlərindən olan döyüşçüləri cəm edərək təlim keçir.

Bu iddia Rusiya Ordusu tərəfindən nə təsdiq, nə də təkzib olunmayıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap